Gönderi

10/10
·196 syf.··
Beğendi
·
2021 9. kitabı
·
12 saatte okudu
·
Okunma: 17 Şubat 2021 11:03
Spoiler içerebilir!!! "10 yaşında balaca bir qız düşünün. Bir gün evdən çörək almaq adıyla çıxıb məhkəməyə gedir. Boşanmaq istədiyini deyir. Və insanları təəccübləndirən şey, onun evli olması deyil, boşanmaq üçün müraciət etməsidi, cəsarətidi. Yəməndə, çox vaxt uşaqların dilənçiliklə qazandığı qəpik-quruş hesabına dolanan ailənin satılan qızı, Nojoud Ali. Bir müddət sonra "dünyanın ən gənc boşanmış qadını" olacaq, Amerikada, "ilin qadını" mükafatını alacaq. Ziddiyət necə də acıdı elə deyil? 10 yaşlı uşaq "ilin qadını" seçilir. Və bütün bunlar təxəyyül məhsulu deyil, kitabın iki müəllifindən birinin yaşadıqlarıdır. 21. əsr, elm-texnologiya dövrü. Ərəbistan yarımadasında evlilik adı ilə pula satılan minlərlə qız uşağı. Və Nojoud Ali, onlardan sadəcə biri idi. Cəsarəti, həyat eşqi ilə həm özünün həyatını xilas edən, həm də başqalarına ilham olan biri."
Ben Nojoud 10 Yaşında Bir DulumNojoud Ali · Martı Yayınları · 2014912 okunma
·
1 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.