Gönderi

350 syf.
8/10 puan verdi
·
Read in 3 days
Yazıçı əvvəl ümumi izahat verdikdən sonra tarixdə geri dönərək bütün inancların kökündən analizinə başlayır, mövzuya aid bütün anlayışları da ətraflı izah edib real nümunələrdən misal gətirərək davam edir. Orta əsrlərdə yaşamış zahid şəxsiyyətlərdən sitatlar gətirməsi də kitaba əlavə aydınlıq və maraq qatır. Bir insanın öz inancını seçməsinə kömək etmək üçün ideal kitabdır. Mənə böyük yardımı dəydi, sizə də dəyər deyə düşünürəm. Bir hissədə də oxucuya xitabən deyir: "Yaradan haqqında həqiqətə çatmaq istəyirsənsə, yalnız özünü kənar (psixoloji) təsirlərdən azad etdikdən sonra bu kitabı mütaliə etməlisən. Əks halda gələcəyimiz qənaət məhkəmədən əvvəl çıxarılan hökmə bənzəyə bilər." Və yaxud sonda da yazıldığı kimi: "Daxili və xarici təsirlərin altında doğru yolu seçmək dəmirçi emalatxanasında oturub kamança çalan birini dinləməyə bənzəyir, çətin ki, qulağa xoş gələn nəsə eşidə biləsən." Şübhəsiz, özü ilə dürüst olan kəs beynindəki dəmirçi çəkicini susdurub kamançanın səsini duya biləcək. Bu yolda hamıya uğurlar:)
Əsarət (Esaret)
Əsarət (Esaret)Rövşen Abdullaoğlu · Qədim Qala · 0123 okunma
·
217 views
Maharram Akperov okurunun profil resmi
kənar təsirlərdən azad olmaq praktik anlamda mümkünmü ki?
Camal Cəfərov okurunun profil resmi
Bəlkə onları müəyyən edib sonra uzaqlaşdırmaq
1 next answer
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.