·112 syf.··Beğendi
···Okunma: 24 Şubat 2021 22:31 İblis Hüseyn Cavidin1918 ci ildə dramatik növün faciə janırında yazmış olduğu əsərdir. Əsərdə birinci dünya müharibəsindən bəhs edilir və müharibənin acı gerçəkləri, insanlara ölüm və fəlakətlər gətirməsindən bəhs edilir. Əsər Mələk və İblisin monoloquyla başlayır və insanların xudbinlikləriylə davam edir. Mələk fəlakətlərin səbəbini insanların iblisə uymalarına, iblis isə insanların öz mənəviyyatsızlığında görür.
Əsər illər öncə yazılmasına baxmayaraq, günümüzdədə insanlar hələdə qəlblərində şeytan bəsləməkdə davam edirlər. Qəlbimiz Allah sevgisiylə dolu olarsa orada heç bir iblisə,şeytana yer olmaz.
Allah bizi iblis xislətli insanlardan qorusun. Hər kəsə oxumağı tövsiyə edirəm.