·126 syf.····Okunma: 02 Mart 2021 18:12 Əsər 1937-ci ildə çap olunub və deyilənə görə əsərin original variantı Steynbekin Maks adlı iti tərəfindən yeyilmişdir. Yazıçının oxuduğum ilk əsəridir və çox bəyəndim. Steynbek müsahibələrindən birində bu əsərdəki obrazlar haqqında danışmış və özünün də bir vaxtlar əməkdar miqrant olduğunu, əsərdəki işçi obrazları bütün insanların qarışığı ilə ortaya çıxdığını demişdi. Lenninin real biri olduğunu, hal-hazırda da Kaliforniyada bir ruhi xəstəxanada olduğunu da əlavə etmişdi.
Keçək əsərə..Mövzu əsasən insan münasibətləri, arzu, sevgi, dostluq üzərində qurulub. Bir-biri ilə tamamilə fərqlənən iki dost Corc və Lenni. İşlədikləri hər yerdən Lenninin səhvlərinə görə qovulurlar. Yeni işlərində Lenni bu dəfə daha böyük səhvə yol verir amma bu dəfəki səhv qovulmaqdan daha pis bir şeylə nəticələnir. Lenninlə Corcun qurduğu xəyalların gerçəkləşməməsi həqiqətən insanda qəribə təsir qoyur.
Oxumağınız tövsiyə olunur :) Xoş mütaliələr...