Puan vermedi·224 syf.····Okunma: 05 Mart 2021 21:28 Sayca Matt Haig`dən oxuduğum ikinci kitab oldu Libraff və Teas Press`in təqdirəlayiq addımı ilə. Bilməyənlər varsa cəmiyyətimizdə təəssüf ki, artmaqda olan intihar və depresiya hallarına görə Libraf gördüyünüz kitabı hər kəsə hədiyyə etdi.
#reasonstostayalive məndə #notesonanervousplanet kitabından daha müsbət hisslər yaratdı. Müəllif uzun müddət depresiyadan əziyyət çəkdiyi üçün kitab onun təcrübəsinin, çətinliklərinin və xilas yolunun məhsuludur. Birinci şəxsin mövqeyindən çıxış edərək yazdığı üçün də daha müvəffəqiyyətli olmuş ola bilər.
Kitab motivasiya ilə yanaşı çox maraqlı statisikaları, tədqiqatları və müxtəlif incəsənət, siyasət xadimlərinin bu hallar barədəki yanaşmasını əhatə edir. Bütün bunlarla yanaşı, mən Matt`in təsirində qaldığı və oxunulmasını məsləhət gördüyü ədəbiyyat siyahısını sizinlə bölüşürəm.
Graham Green- The power and the glory
Italio Calvino- Invisible cities
Albert Camus-The Stranger
S.E.Hinton- The Outsiders
Jannet Winterson- Oranges Are Not the Only Fruit
John Keats- Letters
Martin Amis- Money
The diary of Samuel Pepys
J.D.Salinger- The Catcher in the Rye
Ivor Gurney, Wilfred Owen, Margaret Atwood
Julian Barnes- A History of the World in 10½ Chapters
Jean Rhys- Wide Sargasso Sea
Çalışmaq lazımdır ki, ətrafımızda olan hər kəsi dinləyək, onlara hisslərini ifadə etməyə, çətinliklərini, şübhələrini bölüşməyə və yanında olduğumuzu anlamağa şərait yaradaq. Dünyadakı ən sehrli vasitə- hisslərini bölüşmək, dinləməkdir. Sevgini, gözəlliyi yaradan, onu hüzurlu edən də məhz budur. Odur ki, heç nəyi ürəyinizdə saxlamayın. Çalışın ki, qurduğunuz hər bir cümlə qarşınızdakının üzündə, qəlbində gülüş doğursun. Əgər dəstək olmursuzsa, heç olmazsa məhv etməyin.
Xoş mütaliələr,
Sevgilərimlə.