Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

152 syf.
10/10 puan verdi
İsmayıl Şıxlı- Ölən dünyam Yazardan oxuduğum ikinci kitab idi."Dəli Kür"romanını o qədər bəyənmişdimki, illər keçsədə əsla o ilk təsuratim dəyişməyəcək.Ölən dünya əsəri demə tarixi kitab imiş Tarix deyəndə axan sular durur mənim üçün. Kitab o qədər gözəl,o qədər mənali,152 səhifəlik kitaba Azərbaycan xalqının qara günlərini, başının üstünü almış qara buludladi bircə-bircə əks etdirib.Kitabin mövzusu Azərbaycan Xalq Cümhuriyyəti qurulur.Və xalqın həyatında hər şey yolunda gedərkən hər şey tamamilə dəyişilir.Xəlil Paşanın Azərbaycan xalqının alladaraq Rus qoşunlarının Azərbaycana daxil olmasına şərait yaradır.Və Rus qoşunları öncə AXC -ni süquta uğradir. Sonra isə əsas məqsədi Gəncə olur.Gəncədə üsyanlar,Gəncəlilərin mübarizəsindən bəhs olunur.Və beləliklə Azərbaycan xalqı yenidən Rusların tabeliyinə keçir.Rus hökumətinin başçısı qan içən, qəddar,zalim Stalinin qərarlarına əsasən mülkədarlar bir sinif kimi ləğv edilməli idilər.Rayonlarda kəndlərdə nə qədər bəy ,bəy ailələri var sürgünə yollanilir kim qarşı çıxırsa öldürülür. Və çox heyifki buna göz yuman Stalininə yaltaqlanan öz həmvətənlərimizdə olur( biri elə Mir Cəfər Bağırov). Qaçaqçılıq hərəkəti Azərbaycanı bürüyür.Və əsas məqsədlərdən biridə qaçaqlari məhv etməkdi və yavaş yavaş öz işlərini görürlər.Daha sonra kitabda 1937 çi il repressiyasindan da danisilir.Və sonda Azərbaycanın min şükür ki yenidən 71 il sonra azad olmağından bəhs edilir. İsmayıl Şıxli hələ bu kitabı illər əvvəl yazmaq istəyirdi. Amma həmin dövrdə məhdudiyyətlər qoyulduğu üçün ərsəyə gətirə bilmədi.Kitabida "Qanlı təpə adlandırmaq istəyirdi.Lakin olmadi və məhdudiyyətlərin yumşalmagindan istifadə edərək bu kitabı yazmağa başladı,amma yazarın səhhəti kitabı axıra kimi özünün yazmağın icazə vermədi.Yazarin gözləri tutulduğu üçün həyat yoldaşı yazarın dediyi cümlələri yazıya aldı.Və yenə çox həyifki yazar kitabın nəşr olunmağını görmədi.Yazar 1995-ci il iyulun 26-sinda vəfat etdi.Allah rəhmət eləsin dahi yazıçımıza Yazar bir sözlə yenə yaradib.Açığı kitabı çetin oxudum kirilce olduğu üçün sonlara yaxın artıq alışdım. Mütləq oxuyun şiddətlə tövsiyə edirəm
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı · 2011230 okunma
·
440 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.