Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

256 syf.
9/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Uzun zamandır oxumadığım yazıçı. Darıxmışdım "qələm"-i üçün. Əsərdə insanların dəyər verdiyi şeylər və cəmiyyətin qanunları, pul və siyasət, elm və ruh, mədəniyyət və doqmalar arasındakı ziddiyyət araşdırılır. Müəllifin dilindən danışılan bu kitabda həmçinin dünyəvi dəyərlərdən bəhs edir və Azərbaycan cəmiyyətində uğur qazanmış insanların sirrini açır. Pulun yaranma tarixi, onun üzərimizdəki hakimiyyəti, onun barədə mühüm sirlər; Uğur, onun nə olduğu və qazanmaq üçün ehtiyacın olan maddələri; Xoşbəxtlik məhfhumu, onun müəyyənləşdirilməsi, məqsədə uyğun yaşam; Brend; dünyanı idarə edənlər, gözəllik; varlı-kasıb münasibəti; statistika; ictimai qınaq; sürətli dünya; utancaqlıq; müxalifət və iqtidar qütbləri; peşəkarlıq mövzuları kitabın özəyini təşkil edir. Düzdü bədiilik azdı kitabda amma hər mövzunu aydınlaşdırmaq üçün çəkilən tarixi məsəllər, həqiqi faktlar, nağıllar, əhvalatlar və Qaraqanın heç nə, sadəcə oxucu ilə dost kimi danışması kitabı çox doğmalaşdırır. Qıraqdan böyük şişirdilməyə bənzəyəcək amma məncə, hər azərbaycanlı kitab həvəskarı heç olmasa bu kitabı oxumalıdır. Çünki hərənin özünə götürməli olduğu çoxlu məqamlar var, öyrənməli olduğu həqiqətlər var və az öncə saydığım məfhumları araşdıranlar üçün ideal bir kitabdır, hətta bir "dostla söhbət" kimi də baxa bilərsiniz bu kitaba. Oxumayanlara tövsiyə edirəm
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013917 okunma
·
135 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.