Əsl ağır əsərlərdən sonra oxunmalı, oxuduqca çox həzin hüzur və dinclik gətirən kitab! `Şeker Portakalı`nın davamı hesab etmək olar. Hər iki əsər Jose üçün avtobioqrafik xarakter daşıyır və burda isə özünün artıq yeniyetməlik dövründən bəhs edir. Bir neçə müsahibəsində qeyd edib ki, bu əsərini daha doğma hesab edir. Hətta onun bir növ əsər yox, etirafnamə xarakteri daşıdığını vurğulayır. Odur ki, onun ispan dilinə tərcüməsinə çox həyəcanlanırdı.
Mən Josenin üslubunu çox bəyənirəm. Hisslərini bütün təmizliyi ilə çox sadə bir dillə izah edir. Qəribə bir şəkildə onun əsərlərini oxuyarkən rahatlıq hissi bütüyür insanı. Ona görə də yaratdığı hissi sanki Zweig və Sabahattin Ali oxuyarkən alıram.
Xülasə, oxuyun və zövq alın!
Xoş mütaliələr! José Saramago