9/10
·240 syf.··
2021 33. kitabı
·
4 günde okudu
·
Okunma: 14 Mart 2021 11:48
Elə kitablar var ki, bütün xanımların oxumasını istəyirəm. Çünki düşünürəm ki, əksəriyyətimizin yol verdiyi səhvlər eynidir. Andre Morua kişi nöqteyi nəzərindən xüsusilə xanımların və həmçinin də, kişilərin cəmiyyətdə, sevgi münasibətlərində etdiyi səhvləri öz baxış bucağından qiymətləndirir, xüsusi diqqət edilməli məsələləri ustalıqla xırdalayır. Kitabın dilinin sadə olması onu hər kəs üçün əlçatan edir, sanki yaşlı bir müdriklə söhbət edirsən. Əsər yazıçının xəyalında təsvir etdiyi, tanımadığı qadına yazdığı, müəyyən məsələlərlə bağlı öz fikirlərini cəmləşdirdiyi məktubların toplusudur. Fikrimcə “yad qadın” deyərkən elə bütün tanımadığı xanımlara müraciət edir. Razılaşmadığım 1-2 nüans oldu, əsərin 1956’da yazılmasını nəzərə alsaq bu günə uyğunlaşmaması normaldır. Morua’nın fransız ədəbiyyatında “düha” sayılacaq yazıçılar haqqında qeydlərini xüsusilə bəyəndim, özümçün gələcəkdə oxuyacağım fransız klassiklərini müəyyənləşdirdim. “Querida! Əlvida”
Edebiyat
Yad Qadına MəktublarAndre Maurois · Qanun Nəşriyyatı · 202360 okunma
·
105 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.