Puan vermedi·448 syf.··Beğendi
· Həyat ağır sınaqlarla zəngindir. Və bu zənginlikdən kime ne qədər paylanacağı məlum olmur. Bəzən insan, yaşadığı gözəl günlərdən bezərkən, başqa birisi yaşadığı pis gün üçün şükür edər. Şükür eder ki, Tanrı ona qaldıra bilməyəcəyi yükü verməz..
Oxuduğum sətirlər o qədər təsir etdi ki, qəlbimin bu duyğuları ifadə ede biləcəyini düşünmürəm.
Əsərdən bu qədər yara alacağımı düşünməzdim. Amma bu sətirləri yazarkən göz yaşlarım məni dinləmir..
Əsərin mövzusundan danışaraq, hadisələri adiləşdirmək istəmirəm. Çünki, mövzu hər kəsə bəlli olur və bunu bilir. Ancaq bu mövzudakı duyğuları dadmaq daha mücərrəddir.
Yaşadığımız gözəl xatirələr bəzən insana dərin hüzn gətirə bilər. Bu hüznün səbəbini bilirik, vaxtı ikən həyatımızda olan insanların, vaxtı keçdikdən sonra olmamısı idi.
“O zamandan çox vaxt keçib, amma həyatdan aldığım dərs budur ki, keçmişin keçəriliyi, keçmişi gömmək barədə deyilənlər yalan imiş. Çünki keçmiş dişiylə-dırnağıyla yol tapıb, üzə çıxır.”
Söhrab, keçmişimizin və dövrümüzün əziyyət, ağrı, kimsəsizlik kimi çətinliklərini yaşayan bütün uşaqların timsalıdır. Yaşadığı hadisələri sözlə ifadə etmək bu qədər çətin ikən, o duyğunu yaşamaq ,hiss etmək necə sözlərə sığar bilmirəm.
Deyə biləcəyim bir şey var ki, əgər bu yazını oxuya bilirsənsə, həyat sənə başqalarına vermədiyi şansı verib. Öz seçimlərin və öz yaşamın var. Bəli, yaşam. Yaşamaq üçün bu qədər mübarizə aparılan bir dünyada sən iradə ilə durmağı bacarmisansa, sən artıq mübarizənin qalibisən.
İradəni də uçurtma kimi nə qədər zirvəyə qaldıra bilsən, qabiliyyətin də bir o qədər yaxın olacaq. Amma mübarizən bitməyib, möhkəm durmağı bacarmalısan. Uçurtma yarısında uğurlar! ;)