Gönderi

200 syf.
·
Not rated
Əsasən milli hisslər əsasında yazılan bu kitab, müəllifinin dediyi kimi, ən möhkəm yatmış insanları belə oyadacaq tərzdədir. Əsərin böyük qismində savadsızlığa qarşı mübarizə təsvir olunur. İnsanlarda mədəni səviyyənin yüksəldilməsinin vacibliyi ilə yanaşı, vətən üçün faydalı cəmiyyətin yaradılması və inkişaf etdirilməsi yazarın əsas məqsədidir deyə bilərəm. Hər bir ölkənin "Snelman"lara ehtiyacı var. Həmçinin də bizim. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda da mədəni səviyyə olması gərəkəndən çox aşağıdır və savadsızlıq qar uçqunu kimi getdikcə böyüyür və xalqı ağuşuna alır. Ümid edirəm ki, gənclər boş işlərindən vaxt ayıraraq kitab oxuyar və "oyanar".
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201999.6k okunma
··
335 views
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.