Gönderi

Bu, kamil bir müəllimdən dərs almaq niyyətilə uzaqlara səfər edən gənc oğlandan bəhs edən klassik hekayəyə bənzəyir. Belə ki, gənc oğlan müdrik müəllimiylə görüşür, müəlliminə ilk sualı belə olur: "Sizin kimi müdrik olmaq üçün mənə nə qədər vaxt lazımdır?" Müdrik müəllimin cavabı ləngimir: -Beş il. -Bu çox uzun bir vaxtdır. Əgər mən ikiqat çalışsam onda necə, neçə il çəkər? -oğlan soruşur. -Elə isə bu on il çəkər, - müəllim deyir. -On il? Bu çox uzun vaxtdır. Bəs əgər gecə-gündüz çalışsam, onda necə? -On beş il, - müdrik cavab verir. -Sizi başa düşə bilmirəm. Hər dəfə mən bütün enerjimi məqsədimə sərf etməyə söz verəndə, mənə deyirsiniz bu daha çox vaxt aparacaq. Nə üçün? -Cavab çox sadədir. Sən Sən bir gözünü nəticəyə cəmləşdirdiyin halda, o biri gözün gedəcəyin yolda sənə bələdçilik etməkdə çətinlik çəkəcək.
·
7 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.