Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

264 syf.
10/10 puan verdi
·
7 günde okudu
"Hayatın Mucizeleri" Can Yayınları versiyasında 6 hekayədən ibarətdir. İlk 2 hekayəni yazıçı 20-li yaşlarının başında yazıb, Stefan qələminə aşiq biri olaraq hər iki hekayənin məndə çox özəl yeri oldu. Ona görə yox ki, çox mükəmməl idilər, sadəcə Stefanın gənc ruhunu duyduğum üçün. 21 yaşında yazdığı "Hayatın Mucizeleri" hekayəsində daha sonraki əsərlərində də hiss edəcəyimiz möcüzə, dəyişim temaları üstündə yazıb, eyni motivləri "Karmaşık Duygular", "Olağanüstü bir gece" hekayələrində də işləyib. Həyatın möcüzəvi dəyişikliklərinə, enerjisinə ürəkdən inanan biri olaraq bunları oxumaq mənə xüsusi sevgi verir. Hekayədə bəzi qüsurlar var idi, bir neçə hissədə yazıçı möcüzə dediyi duyğunu təsvir etməyə tələsib, bu da əsəri kuliminasiya nöqtəsinin dadına varmadan bitirir, sanki özü də o möcüzəni yaşamağa həyəcanlanırmış kimi, təkrarçılıqla işləyib, gəncliyin ruhu belə olur, ya yaşamağa tələsirik, ya da hələ vaxtı var deyə otururuq, aydındır ki, Stefan yaşamağa tələsənlərdən idi :) İkinci hekayə olan "Erika Ewald'ın aşkı"nı 22 yaşında yazıb, 22 yaşımda ən sevdiyim yazıçının həmyaşıd ikən yazdığı hekayəni oxumaq dəyərli hiss idi. Həm də Freudla dostluq illərində yazdığından, duyğu analizlərinə fikir verərək, diqqətlə işləyib. Hayatın Mucizelerinden 1 il fasilə ilə yazsa da, qüsurlarının üstündə işlədiyi aydın hiss olunur. Eşq yarasının sağalmasını bir qadının sancılarından yola çıxaraq çox sadə və axıcı üslubda qələmə alıb. İlk 2 hekayə mənim üçün yeni idi, digər 4 hekayəni (Mecburiyyet, Görülmeyen Kolleksiyon, Geç Ödenen Borç, Wondrak) isə oxumuşdum, təkrar yenidən göz gəzdirdim. The best of the best - Zweig!
Hayatın Mucizeleri
Hayatın MucizeleriStefan Zweig · Can Yayınları · 202014,2bin okunma
·
68 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.