Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

İngilis yazıçısı Cefris demişdir ki, kamil bir qız yüz əlli ildə bir dəfə yaranır. «Bu dəfinəni yerin və göyün bütün sehrləri yaradır. Yüz əlli il taxıl zəmiləri üzərində əsən cənub küləyi də, yoncanın ballı ağır başları və dəstərək çiçəkləri üzərində yellənən, birəbitdən quşunu gizlədən və arının yolunu kəsən yüksək otların ətri də, qızılgül kollarından canlı çəpərlər də, cavan doqquzan kolu da, qızıla çalan zəmilərdəki mavi peyğəmbər çiçəkləri də, yaşıl şam ağaclarının kölgəsi də; sahillərində süsənlərin günəşə doğru yüksəldiyi balaca füsunkar çayların bütün qəşəngliyi, qalın meşələrin məftunedici gözəlliyi, zirə ətri və genişlik, sərbəstlik ruhu yayan bütün uzaq təpələr – bunlar hamısı yüz illər boyu yenidən və yenidən təkrar olunur.
·
25 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.