Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

328 syf.
1/10 puan verdi
·
5 günde okudu
Şərq-Qərb Nəşriyyatı Cəfər Cabbarlının bütün əsərlərini 4 cilddə çap edib. Birinci cildə yazarın lirik və satirik şeirləri, "Qız Qalası" poeması, “Aslan və Fərhad”, “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı Yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun Heykəl”, “Qara Qənbər”, “Gülzar”, “Dilarə”, “Dilbər”, “Papaq”, “Gülər”, “Firuzə” hekayələri daxildir. Kitabdakı əsərlərdən ən diqqətəlayiq olanları satirik şeirlərdir. Dövrün ədalətsiz sistemi, mollaların din adına uydurduqları iyrəncliklər çox gözəl tənqid olunub. Kitabdakı hekayələrin çoxunu bəyənmədim. Bu hekayələri yazanda Cəfər Cabbarlının yaşının və təcrübəsinin az olduğunu nəzərə alanda normaldır. Məsələn, "Aslan və Fərhad" oxucunu kədərləndirməyə hesablanmış olsa da, gülməli idi. Şişirtmələrlə dolu Yeşilçam kinolarına oxşayırdı.
Əsərləri - I cild
Əsərləri - I cildCafer Cabbarlı · Şərq-Qərb · 2005116 okunma
·
166 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.