Gönderi

10/10
·538 syf.··
2021 25. kitabı
·
22 günde okudu
·
Okunma: 28 Mart 2021 21:21
Və bitti. Mən bir kitab haqda çox danışıramsa ya o kitabı heç bəyənmədiyim, ya da hədsiz bəyəndiyim üçündür. Bu kitab üçün ikinci variant keçərlidir. İlk dəfədir ki, bir kitabı bu qədər uzun müddətə bitirirəm. Kitaba başlayandan bitirənə qədər araya 10 kitablıq Stefan Zweig serisi girdi:) İndi keçim əsas məsələyə:) Əvvəlcə onu qeyd edim ki, kitab yazıçının 20 ildən çox çəkən psixoloji araşdırmalarının nəticəsidir (artıq nə dərəcədə dərin olduğunu siz düşünün) “Ağır kitablar” kateqoriyasına aiddir. İçində bir çox psixoloji terminlər var. Amma bu kitabı anlaşılmaz edir mi?- Qətiyyən. Əgər oxumaq istəsəniz Hakan Atalay’ın tərcüməsini oxuyun. Niyə?- Çünki, 8-9 ildi türkcə kitablar oxuyuram amma bu kitabda istifadə olunan tərcümə tərzini daha öncə heç bir kitabda görməmişəm. Kitabın adı bir çoxunuzun diqqətini cəlb edəcək, elə məni də:) Bu kitabda yazar qadınlarla qurdların xarakteristikasının bənzərliyinə toxunur. Bəlkə də, bu kitabı 3 il əvvəl oxusam yarımçıq buraxardım ya da maraqsız gələrdi. Amma son 2-3 ildə yaşadığım ağır şeylərin əksini kitabda görmək məni yaxşı mənada təəcübləndirdi və bu kitabı mənim üçün özəl etdi. Kitabda qadınların həyatı, düşüncələri, seçimləri, psixologiyası, bişeyləri niyə etdiyi, niyə etmədiyi, yaralarını necə sağalda biləcəyi və s. çox dərin mövzulara çox fərqli dillə toxunulub. Sadəcə qadınIarın deyil , bütün insanların başına gələn və gələ biləcək məsələlərə toxunur(üstəlik bunu fərqli hekayələr və rəvayətlər ilə edir) Kitabın sonunda yazarın özünün də oxuyucuları barədə dediyi kimi, “Onlar bu kitabı dikkatle ve yakından ve bir kereden fazla okudular” Bu kitabı bir də 30 yaşımdan sonra yenidən oxumağı düşünürəm. Təbii ki, hər gün açıb oxuyacağım, altını xətlədiyim cümlələr də var. Unutmayın bu bir “kişisel gelişim” “şəxsi inkişaf” kitabı deyil. Bildiyiniz psixoloji və ruhani terapiya seanslarıdır:) Çalışın tələsmədən və anlayaraq oxuyun. Not: Normalda kişilər qadınları anlamağın imkansız olduğunu düşünür. Qadınları anlamaq üçün bu kitabı oxuyub ANLAMAĞINIZ bəs edər:)
Düşünce
Kurtlarla Koşan KadınlarClarissa P. Estes · Ayrıntı Yayınları · 202110,7bin okunma
·
113 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
Gözümü qorxudan ,amma çox oxumaq istədiyim bir kitabdı 😍
Analiziniz 👑
Məndə növbəsi çatmayıb hələ 😃.