8/10
·208 syf.··
Beğendi
·
2021 2. kitabı
·
13 günde okudu
·
Okunma: 12 Şubat 2021 02:21
•Fahrenheit 451 - Ray Bradbery Elmi-fantastik kitablar içərisində olduqca böyük əhəmiyyətə malik olan bu roman 1953-cü ildə nəşr olunub. 1950-ci illərdə televizorların həyatımıza daxil olması ilə müəllif bu “sefeh qutu”ya olan marağın kitabları yox etme ehtimalını düşünür və bu əsəri yazır. İki hekayəsindən (Piyada və Yanğınsöndürən) yola çıxıb qələmə alınmış roman qayəsi “Cəhalət xoşbəxtlidir” şüarında formalaşmış cəmiyyətin yaşadığı robotlaşmanı əks etdirir. Bu dövrdə kitablar yanğınsöndürənlər vasitəsilə elə evlərlə birlikdə yandırılır. Baş obraz olan Guy Montag da bu “peşəkarlardan” biridir. Bir gün qarşılaşdığı 17 yaşlı qızcığaz Clarissse McLellan onun gözlərini açıb həqiqəti görməsinə səbəb olur və hadisələr axıcı şəkildə davam edir. Hər zaman qeyd etdiyim kimi önsöz və sonsöz olduqca maraqlı idi və oxucuya müəllifin baxışı, kitabin çatdırdığı ideya haqqında lazımı informasiyanı verir. Kitabda müəllifdən oxuculara ünvanlanmış hissədə biz Ray Bradburynin səmimiyyəti ilə əsərin nece meydana gəldiyini, ad seçimini, səbəbləri, obrazların ifadə etdiyi alt mənanı və müəllifin kitaba sevgisini, kitablar haqqında yazılmış əsərlərin azlığına diqqət çəkdiyini oxuyuruq. Niyə Fahrenheit 451? Çünki kitab kağızı məhz bu dərəcədə yanır. Əsərin aktuallığı hələ də özünü qoruyur və müəllifin necə də uzaqgörən olduğunu sübüt edir... Qeyd edim ki, dini kitablardan gətirilən statlar və möhtəşəm sonluq nəticə çıxarmağı bizə buraxır. Sizcə burda meəllif nə demək istəyir? :) Maraqlı məqamlardan biri də, Montag kağız istehsal edən bir firmanın adıdır və obrazlardan biri olan Faber də əslində bir qələm firmasının adıdır :) Hadisələrin gedişində bu iki obrazın münasibətlərinə diqqət etməyi unutmayın. Keşkə bir video çəkib kitablar haqqında ürəkdolusu danışa bilsəm amma ümid edirəm bu postlarla fikrimi ifadə etməyi bacarıram ... Xoş mütaliələr
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 2022108,5bin okunma
·
9 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.