Gönderi

216 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 11 hours
Marcos, anasının ölümü ilə birlikdə, dərin bir depressiyaya düşmüş, yaşamda özünə bir səbəb və ya məqsəd tapmır. Artıq 2. dəfə ölümlə qarşılaşan Marcos, bu ağırlıq altından necə qalxacağını bilmir, yenilik, həyatında bir dəyişiklik istəyir. Evinin eyvanında oturmuş və tam həyatını kökdən dəyişəcək bir şeyə baş vuracaqkən meydanda dayanan bir qız görür. Və həmin o bir anlıq görüntü onun yaşamını dəyişən əsl şey olur. Kitabı tamamilə təsadüfən almışdım, nə arxa qapağını oxumuş, nə də araşdırmışdım. Evə gəlib arxa yazısına nəzər saldım və kitab məndə, çoxdan demodeləşmiş bir sevgi romanı izlənimi yaratdı. Lakin kitabı oxuyarkən edindiyim dərin təəssüratlar onun mükəmməlliyini təsdiqlədi. Sevgidən, yaşamdan, ölümdən, reankarnasiyadan, ağrıdan, atılan cəsarətli, düşünülmüş addımlardan, qısaca "həyat" sözünün alt mətnini yaradan hər şeydən danışır. Təsadüfən aldığım bir kitabın mənə bu qədər dərin təsir edəcəyini heç düşünməmişdim. Hər zaman bir şeyləri daha da gözəl edən, onların gözlənilmədən baş verməsi olduğu, həqiqətini təkrar xatırladım. İspan ədəbiyyatından 1-2 kitab oxumuşdum. Albert Espinosa ilə bu kitab sayəsində tanışmağım çox gözəl oldu. Kitab o qədər axıcıdır ki, 1 gündə oxuyub bitirdim. Yazarın xəyal dünyasının genişliyinə heyran qaldım. Əgər sizdə mənim kimi Albert Espinosa ilə tanış deyildinizsə, bu kitabla başlamağı tövsiyyə edə bilərəm, əmin olun kitabın içərisinə girdikcə çox bəyənəcəksiniz. Hər kəsə xoş mütaliələr.
Eğer Biz Biz Olmasaydık Olabileceğimiz Diğer Her Şey
Eğer Biz Biz Olmasaydık Olabileceğimiz Diğer Her ŞeyAlbert Espinosa · Pegasus Yayınları · 2018263 okunma
·
363 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.