Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

152 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 saatte okudu
Avtobioqrafik janrda oxuduğum əsərlər arasında ən səmimilərindən və təəccübləndiyimdən biri oldu. Yaxşı mənada təəccüb. Ananın qızına yalan danışmaması, ehtiyacı olan hər anda ona maddi və ən əsası mənəvi dəstək olması xoşuma getdi. Bəzən qızının qərarları ananın ürəyincə olmurdu, amma bu onun qızına dəstək olmasına problem yaratmırdı. Qızını övladı olanda da, yanlış insanla evlənəndə də, striptizçi olmaq istəyəndə də dəstəklədi. Ən əsası ana oldu. Bu baxımdan əsərin adında iki dəfə ana sözünün vurğulanması çox xoşuma gəldi. Düşünürəm ki, insanın, xüsusilə qadınların ən çox dəstək görmək və varlıqlarını hiss etmək istədikləri insan onların analarıdır.
Annem ve Ben ve Annem
Annem ve Ben ve AnnemMaya Angelou · Everest Yayınları · 2014153 okunma
·
38 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.