9/10
·129 syf.··
2021 5. kitabı
·
8 günde okudu
·
Okunma: 12 Mart 2021 23:47
Nikolay Vasilyeviç Gogol - Müfettiş Rus ədəbiyyatından oxuduğum növbəti əsər Müfəttiş pyesi oldu. Müəllifin qələmi ilə tanışmaqdan zövq aldığımı deyə bilərəm. Teatr üçün nəzərdə tutulmuş mətn rahat oxunuşu və çatdırmaq isyədiyi idea ilə məncə öz oxucusunu qane edir. Dövrünün eybəcərliklərini satirik gülüşlə təqdim edən müəllif baş alıb gedən hərcmərclik, özbaşınalıq, rüşvət, saxtakarlıq və s.kimi xüsusiyyətləri yaratdığı möhtəşəm obrazların simasında ustalıqla göstərə bilib. Özbaşınalığın hökm sürdüyü bir bölgəyə paytaxtdan bir Müfəttişin gəlisi xəbəri hər kəsi təşvişə salır. Və bu əsasla da hadisələr səbəbkarların əlinə üzünə bulanır:) “Dinsizin haqqından imansız gələr” məsəli tam da bu əsəri oxuyanda ağlıma gəlmişdi. Əsərin özünəməxsus digər yanı isə aktuallığını əsla itirməməyidir. Obrazların hər biri elə indi də bizim rastlaşdığımız insanların prototipi hesab oluna bilər. (təəssüf) Qısaca, satirik tənqidin ən gözəl nümunələrindən biri olan əsər müəlliflə tanışlıq və zövq almaq üçün əla seçimdir.
MüfettişNikolay Gogol · Türkiye İş Bankası Kültür Yayınları · 20216,4bin okunma
·
7 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.