Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

196 syf.
·
Puan vermedi
"Annem sessiz kalıyordu. Üzgün ama kaderine boyun eğmiş bir hali vardı. Sonuçta, Yemenli kadınların çoğu gibi onunki de düzenlenmiş bir evlilikti. Kimse ondan iyi bilemezdi, ülkemizde sıkıntıyı kadınlar çeker, emirleri erkekler verirdi. Bu durumda beni savunmak, baştan kaybedilmiş bir savaş olacaktı." Ve sonunda her şeyi göze alıp evden kaçtı ve soluğu adliyede aldı. “Hangi yargıcı arıyorsun?” “Bir yargıçla konuşmak istiyorum, hepsi bu.” “Ama bu mahkemede birçok yargıç var…” “Beni bir yargıca götürün, hangisi olursa olsun!” Kadın kararlılığımdan şaşkın, susuyor. Belki de küçük delici çığlığım onu ürküttü. “Ne istiyorsun?” Cevabım bekletmeden geliyor. “Boşanmak.” Kitabı oxumaq qərarına gəlməyim bu cümlələri görməyimlə başladı. Ümumiyyətlə, qadın həyatları ilə bağlı kitabları oxumağı sevirəm, dünyada əziyyət çəkən qadınların sayını bilmək nə qədər kədərləndirsə də məni. Kitabda real həyat hekayəsi əks olunmuşdur. Baş obraz Nojoud Yəməndə kasıb bir ailədə dünyaya gəlir. Anası 16 uşaq dünyaya gətirsə də, onlardan 9-u sağ qalır, digərləri ya şəraitsizlikdən ya da kəndlərində xəstəxana olmamağından vəfat edir. Bunlara baxmayaraq atası 2-ci dəfə də evlənir, və həmin evlilikdən də 5 uşağı olur. Nojoud Ailəsi tərəfindən 10 yaşına çatanda evlənməyə məcbur qalır(səbəb olaraq isə yoxsulluğu göstərir atası, evdə bir boğazın azalacağını. Belə insanlar utanmadan niyə uşaq sahibi olurlar hələ də anlamıram) , hələ də evliliyin nə olduğunu dərk etmir qızcığaz. Lakin yeni "evlərinə" köçəndə həyatin acı tərəfini görür, əri tərəfindən təcavüzə, şiddətə məruz qalır, və onun cəmi 10 yaşı var. Ərini razı salıb ailəsinin yanına bir müddətlik getdikdən sonra ögey anasının məsləhəti ilə məhkəməyə gedir, və boşanmaq istədiyini bildirir. Və hadisələr başlayır.. P.s kitabı oxuduqdan sonra Nojoud haqqında internetdə biraz axtarış etdim, demək olar ki heçnə tapa bilmədim, onun sonrakı aqibəti barədə. Atası haqqında eşitdiyim yeni şeylər isə əsəbləşməyimə səbəb oldu. Kaş heç bir uşağın belə valideynləri olmasa.. təəssüf ki heç kim ailəsini özü seçə bilmir.
Ben Nojoud 10 Yaşında Bir Dulum
Ben Nojoud 10 Yaşında Bir DulumNojoud Ali · Martı Yayınları · 2014791 okunma
·
42 görüntüleme
bookss okurunun profil resmi
Çox maraqlı gəldi mənə. Mən də qadın həyatınl əks etdirən kitabları sevirəm. Oxuyacam mütləq . İncələməni də bəyəndim ^_^ spoiler yoxdu deyəsən bu dəfə 😂😂
2 önceki yanıtı göster
Aynurə okurunun profil resmi
Bundan sonra incələməni yazmamışdan əvvəl 2 dəfə fikirləşirəm ki spoiler olmasın 😁😂
2 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.