Gönderi

119 syf.
10/10 puan verdi
La Roshefoucauld "Özdeyişler"
Emil Cioran müsahibələrindən birində belə bir ifadə işlədir: "İnsanı həqiqətən oxuyaraq tanımaq istəyirsinizsə Nietzschedən daha çox La Roshefoucauld ilə Chamfortu oxumalısınız". Cioranın bu ifadəsi La Roshefoucauldu oxumaq üçün mənə ilham qaynağı oldu. Sonralar öyrəndim ki, La Roshefoucauldu tərif və təqdir edənlər heç də az deyil: Thomas Hardy, Nietzsche, Lichtenberg, Sthendal, Andre Gide və sair. La Roshefoucauld həqiqətən də aforizmlərində insanı bütün çılpaqlığı ilə təsvir etməyi bacarır. Onun aforizmləri ifadə şəklinə görə digər bütün aforizmlərdən kəskin fərqlənir. La Roshefoucauld hər aforizmi ilə bizi sanki alovun üzərində rəqs etməyə dəvət edir. İnsanın daxilindəki ən gizli niyyətləri aşkara çıxardığı üçün bu əsəri oxumaq əksər insanlar üçün həm də narahatlıq mənbəyidir. Ona görə bu əsəri məncə insan psixologiyasını dərindən anlayan və insan təbiəti haqqında çox oxuyub araşdıran insanlar oxumalıdır. La Roshefoucauld kitabda özündən öncəki filosoflara tənqidlər yönəltməyi də unutmur. Bir neçə aforizmində Senecaya ağır tənqidlər yönəldir: Ey Seneca, ölümün heç olduğunu və onunla barışmamız gərəkdiyini deyirsən, ancaq bunu etmə səbəbin ölümündən sonra anılmaq istəyin deyilmi? Bu və digər bir neçə məqamda La Roshefoucauld ilə razılaşmasam da, onun aforizmlərinin həqiqət yükünün çox ağır olduğunu düşünürəm. Zatən Nietzsche və Cioran kimi böyük filosoflar tərəfindən təqdir edilməsinin də səbəbi budur.
Özdeyişler
ÖzdeyişlerFrançois de La Rochefoucauld · Doğu Batı Yayınları · 2017154 okunma
·
291 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.