·215 syf.··Beğendi
···Okunma: 11 Nisan 2021 01:00 Hərkəs öz daxilində az da olsa bir "Azil" yaşadır. Azil sənin susmayan vicdanın, üzərini örtmək istədiyin acı həqiqətlərindir. Xoşbəxtlik asanddır, sadədir. Nə qədər dayaz olsan o qədər çox xoşbəxt olacaqsan.
Həqiqətlər dərindir, səni dünyada və öz doğrularında boğa biləcək qədər dərin...
Dostoyevski dövrünün " yeraltı ədəbiyyatı" yazarı adlandırılır. Düşünürəm ki, 21 ci əsr də bu yazarın Hakan Günday olduğunu vurğulamaq olar. Yazarın fərqli üslubunu sevdim. Monotonlaşan mütailələr, yazarlar yerinə, özünüzü kəşf edəcəyinizi, prizmanızı fərqli yönlərə yönəldən yazarlar ilə tanış olmağa daha çox üstünlük verirəm. Yazarın qələmi ilə tanışlıq üçün ideal seçim deyildir. Fərqlilik sevənlərin seçimi ola bilər.