Kim ki, öz-özünü düşmüşdür başa,
Ona ölüm yoxdur, o ölməz haşa.
Nəqşini bilməyən fanidir, fani,
Baqi say bu nəqşi bilən insanı.
Tanısan özünü, köçsən cahandan,
Yenə bu dünyada yaşayacaqsan.
Özündən hər kim ki,deyil xəbərdar,
Bir qapıdan girər, birindən çıxar...
Qapı tüstüsüzdür, pəncərə tozsuz
Günəşə bir baxan tapılmaz əfsus.