Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

306 syf.
8/10 puan verdi
·
8 günde okudu
Birinci Addım
Birinci Addım
bizə həyatın bəyaz tərəfini göstərmişdisə, bu kitab bizi qaranlığa və dərinlərə endirirdi. Yəqin ki, artıq hər kəsin bu kitabın ağır olduğundan xəbəri var. Oxumayanlar da sözsüz eşidiblər bunu. Ona görə hazırlıqlı olmaq məqsədəuyğun olardı. Bütün bildiklərini cibinə qoyub boş bir qədəhlə başlamaq. İnsan yeni həqiqətlərə ilk həmişə nifrətlə yanaşır. Ona görə əgər həqiqət axtarışına çıxırsansa o həqiqəti də daha öncədən əldə etdiklərinin yanına qoyub, yenidən araşdırmalısan, müqayisə etməlisən və çatana qədər daim başqalarını tapdıqca da bu alqoritmə salmalısan. Deyə bilmərəm həqiqətə çatmaq üçün ideal kitabdır, amma onun axtraışına çıxmaq üçün yaxşı başlanğıc ola bilər, nə də olsa yazıçı özünün tapdığı 5 ayrı həqiqəti insanlarla bölüşür. Bir çoxu üçün, mən də daxil, elə ilk 2si yetərlidir. Çünki günümüzdə bir-birinə qarşı duran baxışları ön-önə gətirib, eləcə də ardıcıllıqla bütün dini inanclar barədə də artıqlaması ilə məlumatları və araşdırmalarını artıq bizə ötürmüşdü. Digərləri isə yolun dərin, daha çox araşdırılmaq istəyən sirli cığırları idi. Məncə bu bilikləri insanlarla, yəni bu xalqın insanları ilə bölüşmək böyük cəsarət tələb edir. Çünki tənqidlər bir yerdə təhqirlərə çevrilir. Həm də ki, məsələn cəmiyyətin ortasından seçilmiş ixtiyari şəxs bu informasiyları əldə etmək üçün nə qədər pullar və illərini sərf etməliydi. Bir növ də xeyirxahlıq deyil?:) 5cə manat verəsi olursan hələ pdfi demirəm. Hə, bunu da yazım, Qaraqan yenə öz stilini qoruyub bu kitabda da, kitabın bir çox hissəsi maraqlı bənzətmə nağıllar və pritçalarla doludu. Mən elə də zorlanmadım oxuyarkən, bəzi düşüncələrimin sabitləşməsinə də kömək oldu. Reallıqları öyrənməkdən çəkinməyin. Hər kəs bunu oxuma iqtidarındadı.
İkinci Addım
İkinci AddımQaraqan · Zero Nəşriyyat · 2014751 okunma
·
212 görüntüleme
Rəqsanə Həsənova okurunun profil resmi
Bu kitab haqqında oxuduğum ən gözəl fikirlər👍
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.