·141 syf.····Okunma: 19 Nisan 2021 23:11 Spoiler
Başlanğıcı serialdakı hadisələrlə üst-üstə düşsə də, yarısından sonrakı hissə tamamilə fərqli davam edir.
Ali Rza bəy öz işlədiyi yerdə keçmişdə tanıdığı bir ailənin qızının işə götürülməsinə kömək edir və müdirlə qız arasında qeyri-əxlaqi bir münasibət yaranır. Bunu öyrənən Ali Rza bəy istefa verir. Hayriye xanım bu vəziyyətə əsəbiləşir və həmin gün dediyi sözlərlə gələcəklərini təsvir edir: “El-aləmin namusuna görə işdən çıxıb bizi ac qoydun, amma pul olmayandan sonra öz uşaqlarının namusu da təhlükədədir.”
Həmin gündən ailənin bütün yükü böyük oğul Şevketin boynuna düşür. Yeniyetməlik dövründəki 3 və hələ uşaq olan 1 bacı, ana, ata, evlənməyə məcbur qaldığı Ferhunde hamısı Şevketin aldığı az miqdarda maaşa möhtac olur.
Ailənin fərdləri bir-bir yarpaq misalı öz ağaclarından - ailədən qopub düşür. Ən sonda isə ağacın kökünü təmsil edən ata - Ali Rza bəy ard-arda yaşanan faciələrə dözə bilməyib iflic olur.
Kitabın yazıldığı dövrə xas gerifikirlilik Güntekinin öz düşüncələrində belə hiss olunur.