10/10
·176 syf.··
Beğendi
·
2021 9. kitabı
Francis Scott Fitzgerald - M u h t e ş e m G a t s b y Möhtəşəm Gatsbi yalnız müəllifinin yox, 20-ci əsr Amerikan ədəbiyyatının da ən parlaq əsərlərindəndir. Mövzu bir Nick Carraway adlı birinin dilindən nəql edilərək başlayır. Biz Jay Gatsby ilə tanışarkən onun həqiqətən də möhtəşəm oluduğunu görürük. Kasıb ailədə doğulan Jay özünə yrni bir həyat qurur, varlanır və ilk sevgisini heç zaman unutmur. Hər varlı üçün deyilən şayələr onun haqqında da deyilir. Beş il əvvəldə qalan ürəyi onu məhəbbətinə qovuşacağına inandırsa da keçmiş keçmişdir...Əsəri ocuyarkən bir sevgi adamını, bir qadını, bu məhəbbətin nəticələrini oxuyuruq.... Amma əslində əsər simvolik məna daşıyır. Hətta ərazilər belə. East Egg ailədən gələn mirasla zənhin olan qismi, West Egg sonradan olan zənginliyi, NY gizli, üstüörtülü işləri, Küllər Vadisi isə zinanı, çirkinliyi təmsil edir. Əsərdə müharibə sonrası Amerikalıların asan varlanması, yaşam tərzi, sevgiləri ilə bərabər Amerikam rüyasının çöküşü göstərilib. Amerikan rüyasının məğzi olan daha yaxşı bir dünya vədinin saxta olduğunu və Amerikadakı əxlaqi çöküşü çatdırmağı müəllif yaxşı bacarıb. Filmi çox sevilən əsəri həm oxumağı həm izləməyi tövsiyə edirəm... Çox sevərək və təsirlənərək oxudum... Hoşçakal Muhteşem Gatsby
Muhteşem GatsbyF. Scott Fitzgerald · Türkiye İş Bankası Kültür Yayınları · 202527bin okunma
·
21 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.