Gönderi

7/10
·160 syf.··
2021 21. kitabı
·
4 günde okudu
·
Okunma: 04 Mayıs 2021 17:06
Salamlar Həyatımda oxuduğum və oxuyacağım kitabların ən qəribə (doğru söz budursa əgər)olanlarından birini bitirdim. Adətən, kitabın üstünə düşünmək, hissləri doluca yaşamaq üçün şərhdən əvvəl 1 gün gözləyərəm. Amma sanki bu kitaba şərhi indi yazmasam bir daha yaza bilməyəcəmmiş kimidi Sevdim mi? İnanın ki, heç bir fikrim yoxdu shshsh Bu sözümdə ciddiyəm, əsəri sevdim mi, sevmədim mi, anladım mı, anladığımı mı zənn edirəm, yoxsa anlamadığımın fərqində miyəm, bilmirəm. Oxuduğum üçün peşman deyiləm, vaxt itkisi olaraq da görmədim, sadəcə bunu deyə bilərəm.. Deməli belə, Əsər 3 bölümdən - hekayədən ibarətdir. Yazıçı əvvəl 3 ayrı hekayə olaraq yayınlayacaqmış. Hətta ilk yazdığı 2ci hekayə, yəni, Moğol Lekesi olub. Ancaq sonradan zehnində bu 3 hekayə birləşib, bir olayın fərqli parçalarına çevrilib... 3 hekayədə də ortaq obrazımız Yonğhe adlı gənc qadındır. Orta boylu, gözləri, baxışları, bədən quruluşu, xarakteri, hərəkətləri ilə tamamilə adi bir qadın. Amma yanlış bəlkə də burada başlayır. Bu qadın üçün doğru təsvir adi yox, türk deyimi ilə "silik" olmalıdır. Ruhu, düşüncələri basdırılmış, həyatını sadəcə kimlərəsə uyğunlaşaraq quran, davam etdirən susqun qadın. Bu qadın bir gecə gördüyü yuxudan sonra qəribə davranır və səhər ilk iş evdəki bütün ətləri, yumurtaları atır. Özü vegeterian olmaqla qalmır, ərinə də evdə ət bişirə bilməyəcəyini açıqca deyir. Ətə düşkün bir ailə. Həm Yonğhe, həm bacısı ətli yeməklərdə çox bacarıqlı (daha bu günorta yeməyi yandıran mən hüzünlü shsjdd). Birdən-birə vegeterian olmaq ailə üçün qəbul olunmazdır. İlk hekayə qadının həyat yoldaşı, ikincisi isə, bacısının ərinin dilindən, onların gözü ilə anlatılır. Bu qisimləri çox da sevmədim. Hər iki insan empatiya qursanız belə, xarakterlərindəki bencillik ilə rahatsız edən insanlardır... Və 2ci hissə - yeznəsinin (bacının yoldaşı inşallah ki, belə adlanırdı shsjdjd) anlattığı hissə çox insan üçün - mühafizəkar insanlar üçün - xüsusən rahatsızedici olacaqdır. Mənim kitabla əsas bağ qura bildiyim, əsas sevdiyim qisim 3cü hekayə - bacısının dilindən yazılan bölüm oldu. Bacısının həyat hekayəsinə daha çox, dərin empatiya qura bildim. Və Yonğhe'ni də məhz bu hekayədə daha yaxşı anlaya bildim. Çünki bütün kitab boyunca qadını günahlandıran, ciddiyə almayan ya da sadəcə hərəkətlərinə fokuslanan hər kəsin əksinə, bacısı onun duyğuları ilə maraqlanan yeganə insan idi... Son olaraq, bəzi şərhlərə baxdım, kitabda Yonğhe'nin dilindən bir bölüm yox idi, onu anlaya bilmədik deyə bəyənməyənlər varmış. Məncə bu əsəri, yazıçını anlamamaqdı, çünki qadının fokuslandığı şeylər çox başqa idi... Belə. Oxumanızı şiddətlə tövsiyə etmirəm, ancaq qısa həcmi və axıcı dilinə, öyrəşdiklərinizdən güman ki, çox fərqli olan mövzusuna görə şans verməyə dəyər deyə düşünürəm. PS.: kitab vegeterianlığı təbliğ etmir, bu qəbildən bir şeylə də əlaqəsi yoxdu dndnd. Bunu qeyd edirəm, çünki, bir instagram vegeterianlıq səhifəsi "vejetaryenliğe farklı bir açıdan bakmanızı sağlayacak kitaplar" başlığına bu kitabı da əlavə etmişdi. Tövsiyə etdiyin kitabı özün oxumayanda belə olur işte...
VejetaryenHan Kang · April Yayıncılık · 20259,7bin okunma
·
299 Gösterim
7 Yorum
Lütfen giriş yapınız.
Mənim demək istədiyim bu idi, əvvəlində o qədər rahatsızedici şeylər olur, sonra isə tam əksinə aşırı empatiya qurmağa başlayırsan , onsuzdaki hər hissəsində bir qəribəlik var, həm hekayə olaraq, həm karakterlər arasındakı əlaqələr hamısı qəribə idi. Ona görə də mən də eynilə sizin kimi düşünmüşdüm ki nə olursa olsun bu kitab indiyə qədər oxuduqlarımdan fərqlidir. İncələməniz yenə də mükəmməldir, ciddən💕
Tinuviel
Gönderi Sahibi
Ahahah ilk uzun cümlənizə nöqtəsinə, vergülünə qədər qatılıram😃 Fərqli, qəribə ama maraqlı kitab idi... Təşəkkürlər🥺💜
Sanıram ki, əsər diqqətimi çəkməyi bacardı. Qeyd qismini qeyd etməyin də çox yaxşı olub, doğrusu. Baxma, bir çox vegetarian və veganlar ümidlənib böyük gözləntilərlə oxumağa başlayırlar kitabı😃 Şərhin əla alınıb, bu gedişlə məni geridə qoyacaqsan ehehheh (ki zatən qoymusan deyəsən). Əllərinə sağlıq💜
Tinuviel
Gönderi Sahibi
Dndndnndnd peki madem
Yonğhe'nin həyatı çox tanış bir səhnədir nədənsə 😃 Və yalnız bacısının ona empatiya qura bilmiş olmasına təəccüblənmədim, digərlərinin də eqoistcə yanaşmalarına da həmçinin...
Tinuviel
Gönderi Sahibi
Ehh. Kalabalık bir çevrədə yalnız olmaq da bəsit, asan bir şey deyil...
İlk abzasdakı hissi "Kimyagər"də yaşamışdım. Bəyəndimmi, bəyənmədimmi, anlamamışdım belə. Nə pisləyə bilmişdim, nə də tərifləyə. Qəribəydi ...
Tinuviel
Gönderi Sahibi
Hii haqlısan
Oooo gözləmədiyim bir kitab oldu bu
Tinuviel
Gönderi Sahibi
Çoxdan ağlımda idi - sən kanalda paylaşandan bəri - sadəcə əmin ola bilmirdim, indi çox düşünmədən başlayıverdim və bitdi😂