— Cavanlığımda bəlkə on qıza vurulmuşam, amma onların biri də bu dünyada olmayıb, xəyalımda özüm yaradırdım onları. Yaradırdım, sevirdim, vurulurdum, ancaq istəmirdim ki, mənim olsunlar.
— Niyə axı?
— Axı onların biri mənim olsaydı, day o birilərini yarada bilməzdim. Hər şey qurtarardı mənimçün. Onaların əzabını çəkməkdən xoşum gəlirdi. Əlim yetmirdi, məhəbbətim nakam qalırdı, mən də ləzzətnən dərd çəkirdim. Dünyada ondan şirin dərd yoxdur.