Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Gözlərimi qapatdım ki, gizlənəsən, ağlayaq "Alma" desəm gələcəkdin, "Alma" dedim, gəlmədin. Hanı birgə əl sallayıb öpəcəkdik qürubu axşam düşdü, ay göründü, su duruldu, gəlmədin... Söylə indi kainatın hansı məhbəsindəsən? Söylə görüm bulud varmı, yağış varmı orda da? heç olmasa, ax insafsız, əllərin də yoxdu ki, axşam-axşam darıxanda adam tuta, təsbeh kimi oynada. Heç unuda bilmədim ki, gözlərinin rəngini o qədər çox sevərdim mən saçına gül düzməyi; indi mənim dünya boyda bağlı ayaqqabım var səndən sonra tərgitmişəm ayaqyalın gəzməyi. Üstüm, başım, ev-eşiyim, sər-səliqəm, sahmanım Nə gülməsi, nə qəh-qəhə, əcəb ağıllanmışam; Aya da vaxt ayırıram, günəşə də yetirəm amma yenə dolmur zaman, sən gedəli bomboşam! Hamı, hamı, uşaq, böyük, hamı məndən razıdır gecələrin sükutunu pozmaq nədi, bilmirəm; Axşam düşdü, salam məleyk, ən birinci evdəyəm küçələrdə veyil-veyil gəzmək nədi, azmaq nədi, bilmirəm. Sən gedəli əməllicə düzəlmişəm, gördüyün məni pozan sən imişsən, hamı belə danışır; Bircə sənin o gözlərin, o gözlərin olmuya xəyalıma gələn kimi bütün nizam qarışır. Hər şey, hər şey qaydasında, amma belə qəribə günlər gəlir keçir, gedir, yadda qalmır amma ki. Sən gedəli, necə deyim, qoy lap düzün deyim də: Sənsiz adam olmaq olur, Sənsiz olmur amma ki. (İlqar Kamil)
İlqar Kamil
İlqar Kamil
·
10 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.