·151 syf.··Beğendi
···Okunma: 26 Nisan 2021 03:33 George Orwell - Hayvan çiftliği
Əsl adı Eric Arthur Blair olan müəllif yazdığı iki əsərlə daha çox tanınır. Yazarın qələmi ilə ilk tanışlıq üçün bu əsəri secdim və çox bəyəndim. Bəyənməyən olacağını da düşünmürəm.
Kitab qısa həcmli olmağına baxmayaraq böyük mövzulara işıq tutub.
1940-cı illər sosializmi və Stalini təndiq edir. Əsərin ünvanlandığı tarixi hadisələr haqqında az çox məlumatınız olsa obrazları daha yaxşı eyniləşdirə bilərsiniz. Məsələn 1905/1917-i il rusiya tarixini araşdıra bilərsiniz. (Stalin və Trocki)
Əsərin qısa məzmununa gəldikdə bir sıra heyvan insanların onlardan istifadə etməsinə və insanlardan olan asılılqlarına dayan demek üçün razılığa gəlirlər. İnsanı qovan heyvanlar bir neçə qərar qəbul edir, şüarlar səsləndirirlər. Heyvanlar artıq daha xoşbəxtdir. Ancaq bir donuz gəlir çevriliş edir. Vəziyyəyləri daha da pisləşən heyvanlar deyilənə inanır, səs çıxarmır və bu böyük öndərin onlara pay biçdiyi həyatı yaşayırlar.
Müəllif və əsər haqqında çox danışmaq olar. Hətta müəəlif bir nəfər rusla ( Çapskı ) tanışır və onun Stalinin cəsarəti haqqındakı fikri ilə yazıçı kitabda dəyişiklik edir.... “Napoleon xaricində bütün heyvanlar özlərini yerə atıb üzlərini bağladılar”.
Bu siyasi altmənadan savayı mən əsərdə insanı xəbisləşdirən, ego, iradəsizlik, zirvənin yaraydığı “baş fırlanması”, əməlini azmış insanlar və susanlar, susmağa məhkum olanların əks olunduğunu düşünürəm.
“Azadlıqlarını qoruya bilməyənlərin ödədiyi bədəl ağırdır...”
Hər insan bu əsərdən dərs çıxara bilər.
Əlqərəz, oxuyun. Oxutdurun...