Gönderi

Bu günün din xadimi insanları elmə, kitaba, məktəbə, mədəniyyətə səsləməlidi. Yalnız bu yolla onlar mənsub olduqları dini xilas edə bilərlər. Fikrə, yazıya bıçaqla, tapançayla, bombayla cavab verən din heç vaxt yaxşı reputasiya qazana bilməz. Yalnız dünyəvi bir dövlətdə din insanlar tərəfindən səmimi olaraq sevilə bilər. Bu günün din xadimi insanları 14 əsr əvvələ aparmalı deyil, insanları reallıqları dərk etməyə, elmin, kitabın, təhsilin tanıdığı, tarixin dəstəklədiyi dəyərləri qiymətləndirməyə, inkişafın insanlara bəxş etdiyi rahatlıqları mənimsəməyə səsləməlidi. Çünki qaydalar dəyişə bilər, prinsiplər isə dəyişməzdi.
·
21 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.