Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

İnsan daxilini, onun əsil xislətini tərənnüm edən üç müxtəlif kitabdan bir məna tonuna köklənmiş üç müxtəlif hissə! Selincer-Çovdarlıqda uçurumdan qoruyan Havalar yaxşı olanda, valideynlərim tez-tez qəbiristanlığa gedir, bizim Allinin qəbri üstünə gül-çiçək dəstləri qoyurlar. Bir-iki dəfə mən də onlarla getmişəm. Amma sonralar tərgitdim, getmədim. Əvvələn, ona görə ki, onu bu çərdəymiş qəbrin içində görmək mənim üçün o qədər də xoş deyil. Dörd yanında ölülər və başdaşıları. Gün çıxanda yenə cəhənnəm, vay odur, yağış yağa. İki dəfə – düz iki dəfə dalbadal– biz orada olanda yağış başladı. Dəhşət idi. Yağış onun andır başdaşına, qarnında bitən otların üstünə yağırdı. Özü də leysan yağış... Qəbiristanlığa ziyarətə gələnlərin hamısı birdən dəli kimi öz maşınlarına sarı qaçdılar. Məni dəli eləyən də elə bu oldu. Hamı qaçıb öz maşınına girdi və radionu açdılar, sonra isə qəşəng bir restoranda nahar eləməyə getdilər. Bircə Allidən başqa hamı getdi. Buna heç dözə bilmədim. Bilirəm, bu qəbirdə yatan ancaq onun cəsədidir, ruhu çoxdan göyə uçub və sair və ilaxır, ancaq yenə də bu cür heyvanlığa dözə bilmirəm. ______________________ Remark -Üç Yoldaş Robbi, varlı iş adamı çörəkçiyə təklif edir ki, dünyasini dəyişmiş həyat yoldaşı üçün portret çəkdirə bilər. Bunun üçün Robbinin yaxşı rəssam dostu var. – Çox yaxşı qadın idi, – dərindən köks ötürərək çörəkçi sözünə davam etdi, – ürəyitəmiz qadın idi. Heç vaxt heç nə tələb etmirdi. On il bircə paltoyla keçindi. Köynəklərini özü tikirdi həmişə. Ev işlərini də özü görürdü, qulluqçu-filan istəmədən... Çörəkçi, yəqin ki, ürəyini boşaltmağa adam axtarırdı. O, mənə keçmiş arvadının sədaqətindən danışdı. Qənaət olunmuş pulları pivəyə, bir də keqli oynamağa sərf etdiyini, arvadınınsa bütün bunları bir dəfə də olsa onun üzünə vurmadığını dedi. Rəssamin yanına gəldikdən sonra çörəkçi rəssama ölən arvadinin bir neçə kiçik fotosunu təqdim edir. Lakin o istəyir ki çəkilən portretdə rəhmətlik arvadının boynunda mirvari boyunbağı və brilyant qaşlı sancaq da olsun. Fotoların heç birində bunlar yox idi. ______________________ Albert Kamyu-Xoşbəxt ölüm Bir dostum vardı, həmişə ondan yan qaçardım. Darıxdırıcı olduğuna görə. Xəstələnib ölüm yatağına düşcəyin — nə bilmisiz — elə o andaca başının üstünü kəsdirdim. Bir gün də qoymadım tək qalsın. Əlimi sıxdı, bu dünyadan məndən razı getdi. Tez-tez, özü də qır-saqqız olub məni öz evinə çağıran məşuqələrim arasında eləsi var idi ki, gənc yaşında ölməyə mərifəti çatdı. Ölən kimi, bilsəniz ürəyimdə hansı yeri tutdu? Təsəvvürə gətirin ki, söhbət adi ölümdən yox, intihardan gedir. Aman Allah. Necə əlayağa düşdüm. Telefon zəngləri, ürəklər dolub-boşalır, düz ürəyin başından vuran kədərli cümlələr və hətta öz ünvanına ittihamlar.
·
175 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.