Gönderi

424 syf.
10/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
Çox möhtəşəm bir əsər idi. Bu əsər içində nələr daşımır ki.. Sevgi, mərhəmət, dostuq, istirab, fədakarlıq, peşmançılıq, müharibənin amansız şərtləri və insanların həyatında buraxdığı o dərin izləri... Çox dərin duyğularla zəngin bir kitabdır. Əsərdə relslər üzərində intihar etməyə qərar vermiş iki yad insanın həyatından bəhs edir. Bu "həmrelslər" relslər üzərində uzanıb qatarın gəlməsini gözlədikləri müddətdə bir biriləri ilə hayat, ölüm və başqa sahəhərdə olan fəlsəfi fikir və düşüncələrini bölüşürlər. Sonra isə sıra onların həyat hekayəsinə gəlib çatır. Burada serblərlə boşnakların arasında olan düşmənçilik, və bu millətlərin arasında gedən müharibə təsvir edilib. Əsərdə müharibənin o dəhşətli səhnələrinin, insanların həyatlarını necə məhv etdiyinin, onların həyatında bir ömür unuda bilməyəcəkləri necə dərin izlər buraxmasının, və orada edilən inşgəncələrin şahidi oluruq. Biz bu əsərdə sevginin gücünə şahid oluruq! Sevgidən doğan o böyük fədakarlıqlara şahid oluruq! Sevgi çox qüdrətli bir hissdir və hər şeyə qadirdir. İnanıram ki həyatda da belə gözəl sevən insanlar vardır. Kitabı hər kəsə tövsiyə edərdim. Xoş oxumalar.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,034 okunma
·
140 görüntüleme
Eylül Kütüphanesi