Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

232 syf.
9/10 puan verdi
·
12 günde okudu
40
Hərfi tərcümədə "Kiçik Qırx" kimi tərcümə olunan bu əsər tövhid, əxlaq və ədəbə aid 40 mövzuda Allahın Rəsulu (s.a.s)in hədisləri və açıqlamalarından ibarətdir. Müəllif, gənc yaşlarında özünü din elmlərinə verən Əbu Bəkr Əhməd İbnu'l-Hüseyn İbn Əli İbn Abdillah İbn Musa əl-Bəyhâqî ən-Nəysaburî əl-Xusrəvcərdî'dir. Üsul olaraq Şafiî məzhəbinə tabe olub. Xidmətləri o dərəcədə çox olub ki, müəllimi İmamu'l-Harameyn onun haqqında "Hiçbir Şafii fakihi olmasın ki, Ebu Bekr el-Beyhâkî hariç, üzerinde eş-Şafiî'nin hakkı olmasın. El-Beyhâkî'nin ise, eş-Şafiî'nin mezhebinin nusreti için yazmış olduğu eserlerinden ötürü eş-Şafiî üzerinde hakkı vardır." buyurub. Kitaba gəlincə 40 bölmədən, 130-a qədər hədisdən və əsəri tərcümə edən Mehmet Emin Akın tərəfindən "Hadisten Alabileceğimiz Dersler" başlığı altında əlavə olunan qısa izahlardan ibarətdir. Bəzi yerlərdə ayət'i-kərimə məallarına da yer verilib. Bütün hədislər qaynaqları ilə birgə göstərilib. Hədislər əsasən Buxari və Müslim'in "Səhih"lərindən, bəzi yerlərdə isə müəllifin "əs-Sünən", "Şuabu'l-İman" və s. kitablarından götürülüb. Dil olaraq oxuduğum digər kitablara nəzərən bir qədər çətin gəldi mənə. Kitabın ən çox bəyəndiyim tərəfi isə əksəriyyət digər kitablarda olduğu kimi Peyğəmbərimizin adı çəkiləndə qısaca (s.a.s) deyil də, tam olaraq (sallallahu aleyhi və səlləm) ibarəsinin hər dəfə yorulmadan tam olaraq yazılmasıdır.
El-Erbaun Es-Suğra
El-Erbaun Es-Suğraİmam Beyhaki · Medarik Yayınları · 201912 okunma
··
1 artı 1'leme
·
71 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.