Gönderi

- Həyat ağrıdan, qorxudan ibarətdir və insan bədbəxtdir. İndi hər şey ağrı və qorxudur. İnsan həyatı sevir, çünki ağrını və qorxunu sevir. İndi həyat ağrı və qorxu bahasına verilir və bu dünyada hər şey yalandır. İndi insan hələ o insan deyildir. Yeni insan yaranacaq, xoşbəxt və məğrur. Onun üçün yaşamaq, ya da yaşamamaq eyni şey olacaq. O, ağrıya və qorxuya qalib gələcək, o özü Allah olacaq. İndiki Allah isə olmayacaq. - Deməli, sizcə, Allah var? - O yoxdur, amma həm də var. Daşda ağrı yoxdur, amma daşdan qorxmaqda ağrı var. Allah ölüm qorxusunun ağrısıdır. Kim ki ağrıya və qorxuya qalib gələcək, o özü Allah olacaq. Onda yeni həyat, yeni insan yaranacaq: hər şey yeni olacaq... Onda tarixi iki hissəyə böləcəklər: qorilladan Allahı məhv edənədək və Allahı məhv edəndən yerin və insanın fiziki cəhətdən dəyişməsinədək. Dünya da dəyişəcək, işlər də, fikirlər də, bütün duyğular da.
Sayfa 124
·
32 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.