Gönderi

240 syf.
9/10 puan verdi
Kitabı oxuyarkən yalnız bir söz "kaşki" Sıxılmadan oxudum çox axıcıdır. Surətlər, peyzajlar o qədər gözəl verilib ki, kitab alıb insanı Zeytunlu kəndinə aparır. Əsərə gəlincə. Yusuf kimdir? Uşaq vaxtı quldurlar tərəfindən valideyinləri öldürülür. O gün barmağını itirir lakin bir şey də içindəki bütün hissləri, hadisələr qarşısında necə davranmalı olduğunu daha doğrusu həyatın necəliyini itirir bütün ömrü boyu axtarmalı olduğu min suallar qazanır. Çox qorxaq obrazdır. O qədər qorxaqdır ki, öz hissləri ilə belə üzləşə bilmir. Ən yaxın dostu Əli öldürüləndə heç kimdən hesab soruşmur yox, o dövrdəki quruluşa görə deyil çünki kitabı oxuduqca Yusufun əslində necə güclü, məqsədi qarşısında qalan hərşeyə necə kor olduğunu görürük. Acizdir Yusuf bəlkə də Əli öləndə içdən sevinir çünki Muazzezlə bağlı ona söz vermişdi.(Yusufun sevdiyi qız) Muazzezin yalnış işlər etdiyini bildikdə gedib ondan heçnəyin hesabını soruşmur, məncə, bu da qorxaqlığından irəli gəlirdi. Eşidəcəyi, üzləşəcəyi heçnəyə hazır olmadığından. Muazzezlə sevgidən daha çox aralarında bağlılıq daha doğrusu həyatı boyu doğmalarından görmədiyi başqa hisslər vardı. Əsərin sonunu başqa cür ola bilərdi? Yazar kitabın əvvəlindən oxuculara Yusufun axtarışlarından söz edirdi. Muazzez bu axtarışların cavabı deyildi. Muazzez Yusufdakı həyatın ölçüsü, insan olmaq qayəsi, qəlbindəki bütün hisslərin adı idi. 2ay əvvəl qoyub getdiyi uzun hörüklü, pəmbə yanaqlı, saf, məsum Muazzez deyildi son səhnədə gördüyümüz Muazzez. Yaşasaydı belə artıq onların münasibətinə kölgə düşmüşdü. Yox, bu sadəcə Muazzez deyil, həm də Yusufun vecsizliyidi, hərşeyə biganə münasibətidi bütün zaman ərzində Muazzezinin gözünün önündə solub getdiyini duya bilmədi Yusuf. Bir də Səlahəttin bəy haqda fikir söyləmək istərdim))hansıki öz həyatını puç edən qadına imkan yaratdı öz doğma qızlarının da həyatını puç etsin. Ən böyük səhvi Şahindəylə evlənmək yox, Yusufu yenidən öz evlərində qalmağa təkid etməsi idi. Yusufu öz yanında işə düzəltməsi isə daha bir səhv idi. Qızına daha yaxşı həyat layiq bilirdi öz ağlınca amma xitamını verdi qərarları ilə. "-Sus, Muazzez, tez qayıdaram!.. Bəlkə hərşeyi düzəldə bilərik. +Yusuf,... ah Yusuf, hər şey düzələrmi? -Bilmirəm, bəlkə. Sən özünü itirmə məni gözlə.. +Gedək buralardan, Yusuf. Gedək +Sən gələn kimi gedək, olmaz? -Birdən birə necə olsun?Hələ qoy qayıdım, birgə oturub düşünərik."
Kuyucaklı Yusuf
Kuyucaklı YusufSabahattin Ali · Yapı Kredi Yayınları · 2021176,1bin okunma
·
89 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.