Gönderi

Alpha
İnsan beyninin davamlı şəkildə elektromaqnit dalğaları yaratdığı elm tərəfindən bilinən həqiqətdir və bu hadisə psixofiziologiyada beynin ritmik aktivliyi adlanır. Beyin tərəfindən ötürülən dalğalar əsasən dörd cürdür: ALPHA, Delta, Theta və Beta dalğalar. Bu dalğaların yaranmasını və yayılmasını insanın o andakı psixolojik vəziyyəti və əhval-ruhiyyəsi müəyyən edir.7.5–12.5 Hz aralığında müşahidə olunan ALPHA dalğalar əsasən insanın gümrah, rahat və sakit psixoloji vəziyyətində generasiya olunur. Beyin ALPHA vəziyyətində hüzurun, diqqət və konsentrasiyanın, dincəlmənin, pozitiv düşüncənin, özünüdərkin, yaradıcılıq və təxəyyülün ən yüksək səviyyəsinə çatır. ALPHA vəziyyəti “həzz hormunu” sayılan endorfinin daha çox ifraz olunduğu və immunitetin gücləndiyi anlardır. Sadəcə ALPHA vəziyyətdə özünütənzimləmə və əsəb sisteminin bərpası mümkündür. Bu dalğalarda ikən beynimizin verdiyimiz qərarlar daha sağlam və yaradıcı qərarlardır.
·
411 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.