Puan vermedi·74 syf.····Okunma: 29 Mayıs 2021 13:59 Bu kitabın üz qabığından və adından gördüyümüz qədəri ilə oxuduğumuz ilk 2 - 3 səhifədən artıq burada "bir insanın böcəyə dönüşməsi" haqqında yazıldığını anlaya bilərik. Lakin kitab anlayan üçün, çox böyük mesajlar verir.
Kitab Gregor Samsa adlı bir şəxsin səhər yuxudan oyanarkən həşərata dönüşdüyünü anlaması ilə başlayır.
Burada Gregor'un dönüşümə uğradıqdan sonra, doğmaları, sevdikləri, ailəsi və toplum tərəfindən necə dışlandığını, təcrid olunduğunu və insanların gözündə artıq həşəratdan başqa bir şey olmadığın görə bilərik. Ama Gregor sadəcə zahiri baxımdan dönüşümə uğramışdı, daxili baxımdan o hələdə həmin Gregor idi. O sanki insan ruhlu bir böcək idi. Lakin bu dönüşüm sadəcə onun görkəminə aid olmuş olsa belə, ailəsi onu qəbul etmək istəmirdi, və onu artıq əvvəlki tək sevmirdilər. Burada bizə bir az fərqli olduğumuz zaman, insanlar tərəfindən bəyənilmədiyimiz və necə təcrid olduğumuz mesajı verilir.
Bundan əlavə, insanlara yararlı olduğumuz, onlara fayda verdiyimiz müddətcə onlar tərəfindən sevilə bilirik, sayğı görə bilirik. Ancaq bir gün onlara yararlı ola bilmədiyimiz zaman artıq onlar üçün lazımsız oluruq. Hətta bəzən bizdən qurtulmağa belə çalışırlar)
Və ən acınacaqlısı əsərin sonunda Gregor ölür, ancaq ailəsi buna belə üzülmür, əksinə ondan qurtulduqları üçün sevnirlər:(