·141 syf.····Okunma: 12 Mayıs 2021 22:52 Todd Anderson və dostlarının həyatı oxuduqları məktəbə yeni ingilis dili müəllimi Bay Keatingin gəlişi ilə dəyişir. Carpe diem fəlsəfəsinin tərəfdarı olan Bay Keating uşaqlara bunu aşılamağa çalışır. Onlara "fərqli" tərzdə dərs deyir. Bununla da 7 uşaq öz tutqularını axtarmağa başlayır. "Ölü ozanlar derneği"ni fəaliyyətə keçirdirlər. Əslində, kitab hər bir müəllimin və valideynin oxumalı olduğu kitablardan biridir. Şagirdlə və övladla necə münasibət qurmaq lazımdır, necə yanaşılmalıdır sualları çox açıq-aydın cavablandırılır. Mənim üçün kitabın sonu vurucu oldu. Dili axıcı olsa da, ortalarında bəzi cümlələri çox mənasız, bəzi "tipləri" çox əsəb edici gəldi mənə.
Xəyallarımızın arxasınca getmək lazımdır,həyat bəzi şeyləri təxirə salmaq üçün olduqca qısadır. Və bu həyatı sən yaşayırsan. Sonunda peşman olsan da ,olmasan da sənin həyatından gedəcək zaman.