Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

152 syf.
8/10 puan verdi
·
14 saatte okudu
George Orwell'in yazmış olduğu maraqlı bir kitab daha... Kitabı Celal Üster tərcümə edib. Ön Söz'ü oxumağa başlamışdım və düşündüm ki, yəqin, yazıçının həyatı ilə bağlı məlumat verilib, ancaq bir də baxdım, kitabı təhlil edib. Yəni mənim üçün bir az spoiler oldu. Ona görə də, ilk 30-40 səhifə axıcı olsa da, “wow” deyə biləcəyim qədər bəyənmədim. Ancaq artıq kitabın ortalarına yaxınlaşdıqca, daha dəqiq desəm, donuzların yel dəyirmanı tikmək istəməsi ilə hadisələr daha maraqlı oldu. Ön Söz'də kitabı təhil etdiyini bilsəydim, sonda oxuyardım. Ancaq olan olub. :) Celal Üster'in təhlilinə görə Stalin kitabdakı Napoleon (donuz) obrazında idi. Dediyim kimi, ilk 40 səhifədə mən bunun əksinə olaraq, fermada digər heyvanlara əmrlər verən Snowball'ın Stalini canlandırdığını düşünürdüm, ancaq sonra yanıldığımı anladım. Və bu fermada heyvanların ferma sahibi və işçilərini qovması və fermanın heyvanlar tərəfindən idarə edilməsi digər qonşu ferma sahibləri tərəfindən gülünc qarşılandı. Bu da mənə Rusiyada fəhlə sinfinin hakimiyyətə gəlməsini xatırlatdı. Sözsüz ki, burada da kitabla əlaqəli olan bir cümlə istifadə etmək olar: “Bütün fəhlələr bərabərdir, amma bəzi fəhlələr daha çox bərabərdir”. :) Bu qədər... Oxumayanların oxumasınl tövsiyə edirəm. :)
Hayvan Çiftliği
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2011247bin okunma
·
81 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.