Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

65 syf.
8/10 puan verdi
·
3 günde okudu
Spoiler yeməyəcəyiniz yeganə roman Tam da belə. Bir cinayət romanı düşünün ki, nə qatili, nə qurbanı, nə səbəbləri axtarırsınız. Elədir, çünki Marquez detektiv ya da triller roman yazmırdı. O məhz toplumun xarakterinin fərqli cəhətlərini üzümüzə vuran bir əsər yazırdı. Bir qız bakirə çıxmayıbsa, mütləq qan tökülməlidir. Bəli, qan o şəkildə olmayıbsa, o zaman bu şəkildə olmalıdır. Əsrlərdir, demək olar, bütün xalqlarda var olan bu qan sevdası məni məndən alır:) Əslində, başda açıqca görürük ki, qızın qardaşları bu cinayət üçün çox həvəsli deyillər. Hətta onlar prossesi bilərəkdən uzadır, Santiagonu orada olmayacağını bildikləri yerlərdə axtarırlar, qarşılarına çıxan hər kəsə də niyətlərini deyərək öz-özlərinə əngəl yaradırlar. Yaratmağa çalışırlar. Ancaq yaranmır. Hekayənin anlatıcısı - öldürüləcək olan Santiago Nasarın dostu da buna təəccüblənir. Əkiz qardaşları əngəlləyəcək yaxud Santiagonu xilas edəcək yüzlərlə nəsə olmalı idi, amma bu axsaq, üstünə heç plan qurulmamış qətl qüsursuzluqla həyata keçirilir ! Bu barədə istintaq işi hesabatının 382-ci səhifəsində qızrmızı qələmlə "Kader bizi görünmez kılar" deyə not edilmişdi... Yenə həmin hesabatın 416-cı səhifəsində isə qırmızı bu cümlə yazılmışdı : "Bana bir önyargı verin, dünyayı yerinden oynatayım." Önyarğı... Bizi məhv edən şeylərdən. Əsərin başından sonuna qədər heç kim (anlatıcı xaric) günahkarın Santiago olmasının doğruluğunu sorğulamır. Sanki bu rüsvayçılığın dərhal sonlanması üçün "günah keçisi" lazım idi, o bədbəxt keçi də ərəb əsilli gənc oğlan olur. 110 səhifəlik əsərdə diqqət çəkəcək kiçik-kiçik çox detal var əslində. Məsələn nigahı pozulmuş qızın ömrünün sonuna qədər yas saxlamalı olduğuna inanan ana və ya nişanlısı namus üstə cinayət işləyib həbsxanaya düşməsə "kişi deyil" deyib evlənməyəcək olan qız. Və daha başqaları. Əsərin dili klassikalara bələd olanlar üçün olduqca axıcıdır. Oxuyacağınız ən möhtəşəm romandır demirəm, oxumadan ölməyin də demirəm, amma tövsiyə edirəm. Oxumağa və üstünə düşünməyə dəyər.;) Hər kəsə xoş oxumalar☆
Kırmızı Pazartesi
Kırmızı PazartesiGabriel Garcia Marquez · Can Yayınları · 202177,7bin okunma
·
229 görüntüleme
İnci Zadə okurunun profil resmi
"Qan o şəkildə olmayıbsa, bu şəkildə olmalıdır." İncə 😃
Tinuviel okurunun profil resmi
İnşallah linç yemərəm, amma deməsəm də içimdə qalardı🤣🤣
12 sonraki yanıtı göster
Bu yorum görüntülenemiyor
İnci Zadə okurunun profil resmi
Şərhin əladı bu arada, əllərinə sağlıq💜
Tinuviel okurunun profil resmi
Oxuyan gözlərə sağlıq🥺💜
1 sonraki yanıtı göster
İnci Zadə okurunun profil resmi
Kanalda sən yazmışdın tanıtımını və marağımı da çəkmişdi. İndi daha da çox oxumaq istədim, nə etsəm ki🙂
Tinuviel okurunun profil resmi
Deyim də ; Sabah və ya bu gecə Saç Örgüsünə başla, bitir, sonra bu kitaba başla🤣
3 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.