Gönderi

Beynimizin qidalanma yolu fərqinə varmaqdır. Fərqinə varmaq üçün, insan hər daim axtarışda və kəşf etməkdədir. Hazırda insan oğlu yaradıcılığın fərqinə varıb. Məsələ budur ki, insan Tanrının yaratdıqlarının deyil, öz düzəltdiklərinin kəşfinə çıxıb. Diqqət et, uşaqlığına diqqət et. Oyuncaqlarını kəşf edərdin bir zamanlar, indi gerçək oyuncaqları, avtomobili, evi, işi, pulu kəşf edirsən. Dəyişən nədir ? Yoxsa sən böyüməmisən ? Daima axtarışdasan, amma nəyin ? Bəlkə sən qurğulanmış robotsan ? Sənin dərdin maraqdır, gördüyünü kəşf edib, çözüb sakitləşməkdən ibarətsən. Bax indidə əlində bir telefon var, başını bununla daha asan qatırlar. Sən dünyanı kəşfə çıxırsan amma ayaq ilə deyil, telefon ilə. Bilirsən, insan təbiəti kəşfə çıxmaq yerinə, hündür qutu evlərə doluşub, onu kənardan izləməyi seçib.
·
100 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Necə ki, uşaqlar valideynlərini izləyir, təkrarlayır və zamanla onlara bənzəyir eləcə də insanlar yaradıcını təkrarlamağa çalışır. Hadisələr arasındakı qanunauyğunluğu tapıb o ardıcıllıqla "yaratmağa" həvəslənirlər. Hər kəs öz yaradıcısına bənzəməyə çalışır. Və bir də hər kəs özündən əvvəlkiləri (onun bura qədər gəlməsində qatqısı olan hər kəsi) qabaqlamağa çalışır. Bir addım önə çıxıb alqışlanmağı arzulayır. İnsan övladı təqdirlə qidalanır və buna çatmaq üçün bir xeyli təqlid edir :). Oysa ki, sadəcə zövq almağı bacarsa.. sonu bir yerə bağlanmayacaq rəy oldu :D🌿
Audaces fortuna juvat!🌿 "Özün olmaq"- əslində hər insan öz'ünün yaradıcısı deyilmi? Müəyyən bir vaxta qədər gərək cəmiyyət, gərək ailə tərəfindən formalaşdırılan "öz" bir gün artıq o dediyiniz üsyanın nəticəsi olaraq insanın axtarışa çıxıb, təcrübələri əsasında yaratdığı mövhumdur, məncə. Və ,əlbəttə, haqlısınız. Bütün təzyiqlərə və "cilalama" cəhdlərinə qarşı durub "öz"ü qorumaq həqiqətən iradə və mənəvi güc tələb edir. Hər bir halda bunu bacaranlar xoşbəxt öləcək. Çünki onlar öz doğru və yalnışlarının bədəlini ödəyir, yeridilənlərin deyil...