Gönderi

Xəyalların adamı
10/10
·680 syf.··
2021 45. kitabı
·
50 günde okudu
·
Okunma: 02 Haziran 2021 22:06
Ədəbiyyatı dəyərli edən kimsələr həyatda dəli kimi qəbul olunanlardır. Pessoa oxuduqdan sonra buna bir daha əmin oldum. Kitaba elə bir dövrdə başladım ki oxumağa, mənəvi olaraq çökmüş vəziyyətdəydim. Qəribədir, ilk dəfəydiki kimsə yox, məhz illər öncə həyatdan köçən Pessoa anlayırdı məni. Təzadlı fikirlər, xırda detallara qarşı həssaslıq, həyatın məna anlayışı son aylarda beynimi məşğul edərkən kitabda da eyni düşüncələri oxumağım özümü bir zərrə rahat hiss etməyimə səbəb oldu. Çünki başımıza gələn pis hadisələr və düzəlməyi zaman alan kədərli əhval-ruhiyyə çox vaxt bizə elə gəlir ki, heç kəsin başına gəlməyib. Sonra başqa birinin də buna yaşadığını görəndə həm mənəvi cəhətdən rahatlayırıq, həm də o insan bizim doğmamıza çevrilir. Pessoa mənim dövrümdə yaşamasa da, bir qələm adamı olaraq ilk sətirlərindən mənim doğma olmağı bacardı. Kitab nə romandır, nə fəlsəfi əsərdir, nə də başqa bir şey. Bu kitab sadə bir insanın həyata və özünə doğru ruhi səyahətidir. Kitabın yayımlanmasını görmək özünə qismət olmasa da, lap başdan sətirləri yazarkən özünün də qeyd etdiyi kimi, bir gün kitab şəklində yayımlanacağını və onu anlayacaq insanların mütləq olacağını bilirdi. Kiçicik abzasın məni düşündürməsinin üstündən uzun zaman keçmişdi. Pessoa ilə hər cümlənin qiymətini anladım. Ən azından bədənimdə və ruhumda baş verən prosessləri artıq yadsamıram. Bilirəm ki, dünyada mənim kimi insanlar da var, ən azından olub - Pessoa. Lakin bu kitabı da hər kəsin oxuya biləcəyini düşünmürəm, oxumaq üçün müəyyən ruh halı var ki, onu hiss etməsən, Pessoanın yazdıqlarını da tam olaraq anlaya bilmərsən. Mən də vəziyyətim düzəldikcə artıq sonlara doğru onu anlamaqda çətinlik çəkmədim desəm yalan olar. 2 ay oldu mənə yoldaşlıq edəli. Ayrılanda da yaxınımla vidalaşırmışcasına üzüldüm. Bir də kitab bitəndə istəmsizcə ağlıma məşhur Descartes sözü gəldi: "Düşünürəmsə, deməli varam" Pessoa'nı izah etməyə məndən tək bir cümlə istəsələr, bunu deyərdim. Onun düşüncələrinə yoldaşlıq edən əsas şey xəyalları idi. Cismində 50-dən çox fərqli personajın xəyalını canlandırıb yaşadan bir insandan bəhs edirik. Ədəbiyyatda mənim üçün bundan sonra xəyal Pessoa deməkdir, Pessoa düşüncəylə qazanılan xəyal. Həmçinin kəlimələrə sığmayacaq qədər sonsuz yazan bir qələm.. Və bir də sonda özümü ona təşəkkür edərkən tapdım. Daha öncə həyatda olmayan hansısa yazıçıya təşəkkür etdiyimi xatırlamıram :) Bir daha təşəkkürlər xəyalların adamı :) Huzursuzluğun Kitabı Fernando Pessoa
1000Kitap
Huzursuzluğun KitabıFernando Pessoa · Can Yayınları · 202514,5bin okunma
·
243 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Niyəsə mənə elə gəldi ki, bu kitabı oxumağım üçün ən doğru zamandır
Aysel
Gönderi Sahibi
Dediyin vəziyyət sənə çıxılmaz görünürsə, başla