Gönderi

154 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 27 days
Kimsən sən, kiçik adam?
Sən bir müəllim, sən bir həkim, sən bir odunçu, sən bir əsgər, sən bir casus, sən bir ölkənin lideri, sən hamımızın tanıdığı adi bir insansan, kiçik adam. Sən bir türk, sən bir slavyan, sən bir alman, sən bir yəhudi, sən bir fələstinli, sən bir millətin kimliyinə bürünərək özünü digər millətlərdən üstün görən nasistsən, kiçik adam. İnsanlara saçının, dərisinin, gözlərinin rənginə görə ayrı-seçkilik edən irqçi, insanları inanclarına görə aşağı görən və öldürən radikalsan sən, kiçik adam. Sən oğullarına ağlamağı qadağan edib qızlarını ağlamağa vadar edən, sən övladlarının sənə uymayan bütün fikir və arzularını tapdalayan o ana-atasan, kiçik adam. • Səni kiçildən, səni mikroskopik dərəcədə kiçildən səbəblər nədir bilirsənmi? O lənət olası önyarğın. O kinin. Və bitmək-tükənmək bilməyən o cahilliyin. Kiçiksən sən, çünki bir uşağın ölümünün faciəvi dəyərini onun milliyyətinə, dininə (!) görə ölçüb biçirsən, sanki o uşağın anadan olarkən dinini və hansı millətə mənsub olacağını seçmə şansı varmış kimi. Bu səbəbdəndir ki, İsrail-Fələstin müharibəsində siz zavallı kiçik adamların bir qismi yəhudisevər, digər qismi isə fələstinçi oldu. Bir qisminiz Holokostdakı yəhudilərin halını yada salıb hüznlənərkən, Fələstində elə indi ölməkdə olan uşaqları vecinizə almadınız belə. Adınızı da insanpərvər qoymuşdunuz, halbuki. Digər qisminiz isə din müharibəsi başladarcasına "müsəlmana edilən zülmə susmaq olmaz" deyə şüarlarla çıxış etdiniz və bu şüarlarla əslində müsəlman olmayan hər kəsi çıxdaş etmiş olduğunuzun fərqinə belə varmadınız. Fərqinə varanlarınız da vardı əslində, hansı ki, onlar həqiqətən də, "müsəlman olmayan hər kəs ölsə, yeridir" deyə düşünən kiçik adamlar idi. Kiçiksən sən çünki, "hədəfə gedən hər yol mübahdır" deyib hər cür çirkinliyə haqq qazandıra bilirsən. Sən öz uşaqlarını öldürdü deyə dünyaya "vəhşi" deyə tanıtdığın düşmənin uşağına ölüm arzulaya bilirsən və bu zaman özünü də həmin "vəhşi" insanlarla eyni cərgəyə qoyduğunu anlamırsan. İçindəki nifrət səni o qədər ələ keçirib ki, dünyaya gələn bütün körpələrin eyni məsumluqda olduğunu, hər bir uşağın eyni gülümsəməyə sahib olduğunu unudursan. Ədalət anlayışın da özün qədər cılızdır çünki. Birinin pisliyinə ancaq eynisini edərək qarşılıq vermək olar sanırsan, bundandır ki, biri sənin qızına təcavüz edərsə, həmin insanın qızına, ya da bacısına təcavüz etməyi doğru görərsən, halbuki bir düşmənlik naminə iki qadının heysiyyətinin onların günahkar olmadığı halda çeynənməsi heç bir ədalət anlayışına sığmaz, bu şərəfsizlikdən başqa bir şey deyil və sən şərəfsizsən, kiçik adam. ~ "Amaç, ona varmak için yürüdüğün yoldur. Bugün attığın her adım, senin yarınki yaşamındır. Ereğe giden yolun kötülüğü, iğrençliği ya da insancıllıktan uzak oluşu, seni de kötü ya da insanlıkdışı yapmakta ve böylece ereğe varmanı da olanaksız kılmaktadır." Kiçiksən sən, çünki qadına gülməyi, istədiyi kimi geyinməyi, sevməyi və sevilməyi yaraşdırmayan sən, ona ən çox ölümü yaraşdırdın. Sən, bir qadının əxlaqını ətəyinin qısalığı, gülərkən səsinin nə qədər yüksək çıxmağı ilə ölçən sən, öz ayaqları üstündə durmağa çalışan hər bir qadının ayaqlarını qıran, onu bir qəfəsə qapadaraq arzularını, xəyallarını günbəgün öldürən sən, hər yerdə namus axtarıb, namus davaları salıb özü isə başqasının namusuna göz dikmiş olan sən, bu cəmiyyətdə ancaq cahil, bəsit düşüncəli, sənə kölə olacaq, sadist duyğularını oxşayacaq qadınlar qalsın istədin və bu o qədər heyvani bir istək idi ki, kiçik adam... Kiçiksən sən, çünki hissizsən, duyğusuzsan, birinə bütün varlığınla bağlanmaq, onu hər şeyə rəğmən sevə bilmək nədir bilmirsən. Sənin sevginin ömrünü qonşunun ağzından çıxacaq iki söz, heç tanımadığın insanların heç tanımadıqları insanlar - sənin ailən haqqında etdikləri dedi-qodu müəyyənləşdirir. Öz ailənə, öz həyat yoldaşına, uşaqlarına güvənməzsən sən, onları incitmək üçün hər şeyi edərsən, çünki özgüvənsizsən. Necə səfil düşüncəli biri olduğunu hər kəsdən daha yaxşı bilir və bu səfilliyini də onlara bu cür davranaraq gizlədəcəyini sanırsan. Axmaqsan sən, kiçik adam, çox axmaq... ~ "Kendisine sevgi verme yeteneğinden yoksun olduğun için karın seni bıraktı. Yersiz kuruntularla dolusun, sinirlisin, sıkıntıdan boğulur gibisin." Kiçiksən sən, çünki dünyagörüşün yoxdur və olmasına da cəhd etmirsən. Cahilsən sən, kiçik adam, ürək bulandıracaq dərəcədə cahil. Alimləri dəli adlandırır, onları məsxərəyə qoyur, vəhşi qəbilə rituallarını həyatının qaidəsinə çevirmiş insanları isə başının tacı edirsən. Öz fikirlərini inkişaf etdirmir, ətrafındakıların da bunu etməsinə izin vermirsən. Övladının çoxlu kitab oxuması səni narahat edir, çünki çoxlu kitab oxuyanları sevmir sənin cəmiyyətin. O cəmiyyət ki, sənin kimi kiçik adamlardan təşkil olunub və o cəmiyyət ki, bir-birini təsdiqləyən yanlışlar toplusundan başqa bir şey deyil. Sənət anlayışından məhrumsan sən, bir insanın ruhunu notlara, boyalara, kəlmələrə yansıtması sənə anlamsız gəlir, insan ruhuna qarşı anlayışsızsan çünki. Sənə siyasətdən danış desələr, bir gün boyunca dayanmadan dünyanın necə idarə olunması haqqında ordan-burdan eşitdiklərini danışacaq, bütün uğursuzluqlarını bu siyasi gedişatın üstünə atacaq və bundan zövq alacaqsan. Çünki beləsi daha asandır, günahı başqalarında görmək, olduğu yerdə qalmaq, bir fikrə saplanıb qalmaq daha asandır. Sabit fikirli, ancaq və ancaq asana qaçacaq qədər zəif birisən sən, kiçik adam. Kiçiksən sən, çünki özün özünə divarlar hörmüsən və o divarları yıxa biləcək yeganə insan sən ikən, acınası bir qorxaq olduğun üçün bunu etmək istəmirsən. Bir başqasının ağalığında yaşayıb onun qoyduğu qaydalarla yaşamağı, qul, kölə olmağı daha güvənli görürsən; həmin qaydaları əsla sorğulamır, sorğulayanları da qınayırsan. Çünki azad olmağa cəsarətin yoxdur, azadlığın dəyərini anlamırsan sən. Və azadlıq duyğusundan o qədər uzaqsan ki, artıq başqası tərəfindən sənə azadlıq verildikdə bunu insani dəyərləri kənara atmaq kimi anlayır, vəhşiləşirsən, kiçik adam. ~ "Ama özgürlüğü küstahlıkla karıştırmak köleliğin özgün özelliklerindendir." Bütün bu miskinliyinə rəğmən, iyrəncliyinə rəğmən, sən hər bir insanda, elə məndə də varsan, kiçik adam. Sənə, içimdə az da olsa, hələ də var olan sənə şiddətli nifrətim bundan irəli gəlir. Çünki illər boyunca ruhumu kor və kar etdin, onu əzdikcə əzdin, vicdanımı susdurdun sən. Sadəcə ruhumu incitməklə qalmadın, ətrafımdakı insanların cildinə bürünərək mənim, irəli getmək, doğruları tapmaq üçün çabalayan mənim qarşıma hər zaman əngəllər çıxardın. Bacarmadın. Bacarmayacaqsan. Artıq səni çox yaxşı tanıyıram, kiçik adam. Səndən qorxmuram, çünki sənin məndən, mənim düşüncələrimdən, mənim doğrularımdan necə qorxduğunu bilirəm. Buna görə də, qarşıma hansı insan şəklində çıxarsan çıx, mən səni əzib keçəcəm, kiçik adam. Səni ruhumdan tamamən söküb atmağıma çox az qaldı, çox, çox az... ~ "Şimdi seni aştım, çünkü binlerce yılın bakış açısından görebiliyorum seni, binlerce yıl geçmişten ve binlerce yıl gelecekten bakıyorum sana..." * Kitabı oxuyanlar üçün indidən qeyd edim ki, bir günə bitiriləcək kitab olmayacaq, həcmi sizi aldatmasın (zira məni aldatdı). Bəzi yerləri sizi sıxa bilər, bunu da nəzərə alın. Və oxumazdan öncə Reich'in həyatına mütləq göz atın, mən kitabda bəzi anlamadığım qismləri qeyd edirdim, amma həyatını oxuduqdan sonra bütün qaranlıq məqamlar aydınlandı. Kitaba başlamazdan əvvəl oxumağınız üçün Reich'in kiçik həcmli bioqrafiyasının linkini buraya yerləşdirirəm : tr.m.wikipedia.org/wiki/Wilhelm_Reich Sağ olun, kitabla qalın. İçinizdəki kiçik adamı aşmağınız diləyilə...
Dinle Küçük Adam
Dinle Küçük AdamWilhelm Reich · Payel Yayınları · 201913.2k okunma
·
2,185 views
Bu yorum görüntülenemiyor
Bu yorum görüntülenemiyor
Tinuviel okurunun profil resmi
Və qatılıram, oxuyacaq olan müəllifin kim olduğunu araşdırmalıdır əvvəlcə. Mən əsərdə Böyük Adamın özü barədə danışdığı bəzi hissələri anlaya bilmirdim. Yazıçını tanıyandan sonra beynimdə hər şey yerinə oturdu.
İnci Zadə okurunun profil resmi
Mən bəzi olayları anlamamışdım tam olaraq. Vikipediyasını tam şəkildə oxuyanda anladım. Və Reich'ə qıcıqlandığım, bəzən də üzüldüyüm bir çox məqam oldu.
6 next answer
Tinuviel okurunun profil resmi
Şərhdə hər şey var yaa. Qadınlara, kişilərə, müharibəyə, incəsənətə, siyasətə, kitablara... hamısına toxunmusan. Əllərinə sağlıq🤩💜
İnci Zadə okurunun profil resmi
Oxuyan gözlər, düşünən beyinlər sağ olsun💜
1 next answer
Tinuviel okurunun profil resmi
İmdattt, bir incelemeye düştüm, kalkamıyorumm🤩
İnci Zadə okurunun profil resmi
😂💜
Tinuviel okurunun profil resmi
Çox əla yazmısan. Reich də bu şəkildə nisbətən daha qısa yaza bilərdi, amma o azacıq çürüdüb dndndndnd
İnci Zadə okurunun profil resmi
Onun həyatını oxu, məncə, hələ qısalda bildiyi qədər qısaldıb deyə biləcəklərini dnndnd
1 next answer
Rüstəm Əzimov okurunun profil resmi
Sadə dillə də dərin məsələlər izah etmək, düşündürmək olurmuş. Bundan dərs çıxarmalıyam). Bu möhtəşəm rəy üçün çox sağ olun. 3 aydır fikirləşdiyim hər şeyə bir yazıda rastladım sanki. Və düşündüm, bu vaxta qədər (içi mən qarışıq) nə qədər adam nə qədər səhvi düz bilərək edib deyə. İçimdə daşıdığım böyük canavarı - "küçük adam"ı düşündüm.
İnci Zadə okurunun profil resmi
Sizin rəyləriniz də maraqlı olur hər zaman, çox sağ olun. İçinizdə daşıdığınız, ümumən hamımızın içində daşıdığı o kiçik adam haqqında düşündürə bilmişəmsə, məqsədimə çatmışam deməkdir...
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.