Gönderi

Əbədiyyət Nəğməsi
Bu gün Mikayıl Müşviq günüdür! Bu gün onun doğum günüdür! Sevgiylə, rəhmətlə anırıq! #5iyun1908 - ♾️ Əbədiyyət nəğməsi! (bir parça) Şair tükəndimi dolu xəzinən, Qalxıb dalğa kimi enməzmi sinən? Yatmış əsrlərin mətin səsiylə Eh qaldıran, ya da sənmisən dinən?! Qurudunmu, dəniz, susdunmu külək? Çəmən, saraldımı qoxulu dəfnən? Söylə, səbəb nədir bu susqunluğa? Sən ey gecə - gündüz, qəlbi döyünən! Bu ağır sorğular yaxarkən məni, Sərincə bir səda keçdi içimdən: Şair yeni yeni sözlər bulacaq, Kainat olduqca şeir olacaq! Gəl ey boranlı qış, səpələn ey qar! Geyin ağ kürkünü sən ey ixtiyar! Gəl ey sevimli yaz - dəli gəncliyim, Günəşin eşqiylə çağlasın sular! Çin çinar başında yayla, ey günəş! Dinlətdir sazını tarlada, rüzgar! Tüstülər içində bir alov kimi Payız ormanında saralsın çinar, Görüncə bunları vəcdə gələcək, Çalıb - çağıracaq yenə sənətkar, Şair yeni - yeni sözlər bulacaq, Kainat olduqca şeir olacaq! https://1000kitap.com/yazar/mikail-musfik
·
92 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.