Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Roman
İlk romanımdan...Tezliklə... O, çəkirdi. Xəyallarının qadınını yox, həyatının qadınını. Amma, Həyatının qadınını xəyallarında yaşatmaq üçün o, çəkirdi. Gecə-gündüz bilmədən çəkirdi. Hər kəsdən uzaqlaşıb, sadəcə kiçik iş otağına sığınaraq çəkirdi. Məhəbbətinin bitib-tükənməyən enerjisindən yuxusuzluq, aclıq, əsəb gərginliyi heç nə ona mane ola bilmirdi. Sanki, boyalar bir vasitə idi, o ürəyinin qanı ilə çəkirdi. Titrəyən əllərində fırçası rəqs edirmiş kimi canlanırdı. Qaşlar, gözlər, dodaqlar, qulaqlar, burun, çənə, sol yanağındakı kiçik xal, hətta saç tellərinə kimi hər şey ideal və az da olsa ona layiq olmalı idi. Görənlər o döndü deyə biləcək qədər ikinci onu çəkməyə çalışırdı və bunu özünə müqəddəs borc bilirdi. Nə bilmək olar bəlkə də tarix Mona Lizadan sonra ikinci belə əsər görməmişdi və görməsi də mümkün olmayacaqdı. İtirilmiş çox şey olsa da, qazanılacaq bir tək şey ola bilərdi: Onun portreti. Bacaracaqdımı? Mayasını sevgidən alan hər şey sevilməyə layiq deyilmi? İnanılmazları gərçəkləşdirən yeganə amil sevgi deyilmi? Habil Yaşar Facebook: Habil Yashar Yazar İnstagram: habil.yashar.yazar.official Youtube: Habil Yashar Yazar Twitter: habil__yashar Linkedin: Habil Yashar Yazar TikTok: habilyashar.yazar Telegram: Habil Yashar Yazar 1000kitap: Habil_Yashar Wattpad: Habil Yashar Yazar habilyasharhy@gmail.com
·
225 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.