"Beş mərtəbəli evin altıncı mərtəbəsi"və ya "Təhminə və Zaur".
İllərlə filmini izləyərdik(əlbəttə, qismən)Bir gün anamın kitabxanasından kitabı əlimə keçdi. Çox böyük maraqla, birnəfəsə oxudum. Sonunda göz yaşlarıma hakim ola bilmədim. Zaur və Təhminənin sevgi hekayəsi. Zaurun ailəsi tərəfindən ona olan təzyiqlər... Spoiler verməmək üçün ətraflı yazmayacağam. Kitabın sonluğu məni məndən aldı.
Keçək filmə. Kitabı oxuduqdan sonra filmi başdan sona yenidən izlədim. Dəfələrlə izlədiyim film kitabdan sonra məndə fərqli təəssürat yaratdı. Onu da deyim ki, baş rollarını Fəxrəddin Manafov və qardaş Türkiyənin aktrisası və Azərbaycan xalqının da sevimlisinə çevrilmiş Meral Konrat ifa edir. Bir sözlə, oxuyun, izləyin, tövsiyəmdir.