Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

280 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
"Təhminə və Zaur"a bir də kitabdan "baxaq".
"Beş mərtəbəli evin altıncı mərtəbəsi"və ya "Təhminə və Zaur". İllərlə filmini izləyərdik(əlbəttə, qismən)Bir gün anamın kitabxanasından kitabı əlimə keçdi. Çox böyük maraqla, birnəfəsə oxudum. Sonunda göz yaşlarıma hakim ola bilmədim. Zaur və Təhminənin sevgi hekayəsi. Zaurun ailəsi tərəfindən ona olan təzyiqlər... Spoiler verməmək üçün ətraflı yazmayacağam. Kitabın sonluğu məni məndən aldı. Keçək filmə. Kitabı oxuduqdan sonra filmi başdan sona yenidən izlədim. Dəfələrlə izlədiyim film kitabdan sonra məndə fərqli təəssürat yaratdı. Onu da deyim ki, baş rollarını Fəxrəddin Manafov və qardaş Türkiyənin aktrisası və Azərbaycan xalqının da sevimlisinə çevrilmiş Meral Konrat ifa edir. Bir sözlə, oxuyun, izləyin, tövsiyəmdir.
Beş Katlı Evin Altıncı Katı
Beş Katlı Evin Altıncı KatıAnar Rzayev · Ötüken Neşriyat · 19971,132 okunma
··
2.115 görüntüleme
Kitabsever okurunun profil resmi
2 il öncəki incələmələrim necə sadə gəlir mənə. Kitab ilim-ilim itib, tapa bilmirəm🥺Yenidən oxuyub yeniləmək də nəsib deyil hər halda🍂
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.