Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

188 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Hər kəsin oxumalı olduğu kitab.
Qriqori Petrov tərəfindən 1923-cü ildə yazılmış bu tarixi romanda yazıçının çıxdığı Finlandiya səyahətlərində gördükləri əks olunmuşdur. Kitabda Finlandiyanın Rusiyaya birləşdirilməsindən sonra keçdiyi inkişaf yolu təsvir edilir. Əlbəttə, burada təsvir olunan hadisələr bütünlüklə reallığı əks etdirmir. Q.Petrov Finlandiyanın timsalında geri qalmış bir ölkənin yüksəlməsi və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradaraq ortaya qoymuş, həmçinin, Yohan Vilhelm Snelman adlı fin mütəfəkkirin öz xalqını düşmüş olduğu ağır vəziyyətdən çıxarması yolunda apardığı mübarizəni qələmə almışdır. İndi gəlin bir ölkə düşünək; Bataqlıqlar ölkəsindən Ağ zanbaqlar ölkəsinə çevrilən. Bir xalq düşünək; şəhərlisindən kəndlisinə, əsgərindən nazirinə, din adamlarından müəllimlərə qədər hamının birləşərək ölkənin dirçəlməsinə kömək edən. Bunu biz də edə bilmərikmi? Edə bilərik, amma bunun üçün bizim də "Snelmanlara" ehtiyacımız var. Yazıçının da qeyd etdiyi kimi: "Baxın, belə bir dəyişiklik hər ölkədə, hər şəhərdə, hər bölgədə və unudulmuş, tərk edilmiş hər bir kənddə edilə bilər. Bunun üçün sadəcə dinamik fikirli, oyaq ruhlu və inkişaf yolunda çalışmaqdan yorulmayan, usanmayan, əksinə bundan zövq alan, etdiklərindən həyəcanlanan insanlara ehtiyac var..."
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Xan Nəşriyyatı · 201699,4bin okunma
·
602 görüntüleme
Günel Şamilova okurunun profil resmi
Yazıq kitabım.. o mənə baxır, mən ona.
Vəfa Hafiz okurunun profil resmi
Mənimki də elə idi. Noyabrdan bu yana.😅
Vəfa Hafiz okurunun profil resmi
Daha da gecikdirmə başla oxu. Bir çox mövzuda gərəkli məlumatlar var. Oxumağa dəyər.
Günel Şamilova okurunun profil resmi
İnşAllah tezliklə oxuyaram.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.